Muəllif: Redaksiya

Misirdə xalq islamçılara rədd cavabı verdi

Misirin yeni konstitusiyası üzrə referendum iki gün (14-15 yanvar) ərzində keçirilib. Məntəqə seçki komissiyaları səsləri hesablamağa davam edirlər. Referendumun rəsmi nəticəsi seçki məntəqələrinin bağlanmasından 72 saat sonra açıqlanacaq. Ölkənin Ali Seçki Komissiyasının məlumatına görə, 52 milyondan çox vətəndaşın səsvermə hüququ olub. Qeyd edək ki, referendumun ilk günü qanlı toqquşmalarla…

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Litva Bakıda öz turizm potensialını təqdim etdi

Bu gün Litvanın turizm potensialının təqdimat mərasimi keçirilib. “Kəhrəbalı Litva” adı altında baş tutmuş tədbir Litvanın Turizm üzrə Dövlət Departamenti və bu ölkənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil olunub. Təqdimatda Litvanın kurort bölgələri haqqında qonaqlara ətraflı məlumat verilib. Litvanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Şarune Kubilüte Litvaya Azərbaycandan gələn turistlərin sayının artdığını qeyd edərək, Litvanın Azərbaycandan gələn turistlərin sayının daha artmasında maraqlı olduğunu vurğulayıb.  

Tədbirdə Litvada tibbi turizm imkanları ilə də tanışlıq yer aldı. Litvanın tibbi turizm sahəsinin nümayəndəsi Qrajvidas Morkus ölkələrindəki keyfiyyətli müalicənin Avropanın bir sıra ölkələrində göstərilən tibbi xidmətlə müqayisədə daha sərfəli olduğunu qeyd edib.

Daha sonra Litvanın şəhərlərinə həsr olunmuş film nümayiş etdirilib. Vilnüsün  Avropanın ən yaşıl şəhəri olduğu, digər şəhərlərin də ilin bütün fəslərində unudulmaz məzuniyyət təqdim etmək imkanında olduğu tədbir iştirakçıların diqqətinə çatdırılıb.  Qonaqlara həmçinin Litvanın müxtəlif zəngin mineral və müalicəvi suları haqqında ətraflı məlumat verilib. 

Tam mətn
Muəllif: Redaksiya

RF miqrant axınına qarşı qanunları sərtləşdirir

Rusiya Federal Miqrasiya Xidmətinin xətti ilə miqrasiya qanunvericiliyi ilə bağlı 30-a yaxın qanun layihəsi hazırlanıb. FMX-nin mətbuat katibi Zalina Kornilova İTAR-TASS İnformasiya Agentliyində keçirilən brifinqdə bildirib ki, miqrasiya sahəsində mövcud qanunvericiliyə ciddi dəyişiklik edilib.  FMX-nin departament rəhbərinin müavini Dmitri Demidenko isə çıxışında keçən il Rusiyaya 17,5 milyon miqrantın gəldiyini söyləyib….

Tam mətn
Muəllif: Redaksiya

Suriyada dünən öldürülən azərbaycanlı gəncin şəxsiyyəti müəyyənləşib

Suriyada dünən öldürülən azərbaycanlının kimliyi məlum olub. Dünən Suriyada Azad Suriya Ordusu tərəfindən öldürülən azərbaycanlıgənc “İraq-Şam İslam Dövləti” qruplaşmasının üzvü Sumqayıt şəhər sakini Rəhman Şıxəliyevdir.  Şıxəliyev uzun illər boksla məşğul olub və 2010-2011-ci illərdə Azərbaycanda keçirilən boks üzrə respublika çempionatlarında yüksək nəticələr əldə edib. O, 2011-ci ildə idmandan uzaqlaşaraq dini qruplaşmalara qoşulub.  Şıxəliyev əvvəlcə Türkiyəyə, oradan da Suriyaya gedib.

Boks Federasiyasının vitse-prezidenti Ağacan Abıyev də APA-ya açıqlamasında Rəhman Şıxəliyevin 2011-ci ilə kimi məşqlərə qatıldığını, sonradan isə idmandan uzaqlaşdığını təsdiqləyib: “Bəli belə bir idmançı olub. Lakin o, 2011-ci ildən idmandan uzaqlaşıb və məşqlərə qatılmayıb. Həmin vaxtdan sonra məşqçilər bir neçə dəfə onunla əlaqə yaratmağa cəhd etsələr də, tapa bilməyiblər”.

Qeyd edək ki, dünən “İraq-Şam İslam Dövləti” qruplaşmasının üzvü “Abdurrahman” ləqəbli azərbaycanlı mücahid Azad Suriya Ordusu tərəfindən öldürülüb. “Abdurrahman” ləqəbli azərbaycanlı mücahidin ailəsinin də hazırda Suriyada olduğu bildirilir. Onun Süleyman adında qardaşı da hazırda Suriyada vuruşur.

 Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-ə yaxın azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.

Tam mətn
Muəllif: Redaksiya

Keçmiş Quantanamo məhbusu olan azərbaycanlı slovak dilini öyrənir

Quantanamodakı həbs düşərgəsindən sərbəst buraxılan azərbaycanlı Polad Siracov Slovakiyada yaşayır. The Slovak Spectator nəşrinə istinadən, Siracovla birlikdə Slovakiyada yaşamalarına icazə verilən digər Quantanamo məhbusları – misirli Adil-əl-Qazzar və tunisli Rafiq Hami isə 2010-cu ilin iyulunda buraxılıblar.

2009-cu ildə ABŞ prezidenti Barak Obama Quantanamo həbsxanasının bağlanması haqda sərəncam verib. Bundan sonra əksər məhbuslar azadlığa buraxılıblar. Azərbaycanlı P. Siracov da onların arasında olub. Əfv olunduqdan sonra o, vətənə dönməkdən imtina edib. Beynəlxalq təşkilatların köməyi ilə P. Siracov 2010-cu ilin yanvarında Slovakiyaya göndərilib. Bu ölkədə yaşamaq icazəsi almağın əsas şərti kimi keçmiş məhbuslar Slovakiya dilini öyrənməyə başlayıblar. Hökumət iş axtarmaqda və yaşayış yeri ilə təmin olunmaqda onlara yardımçı olacağını vəd edib.

The Slovak Spectator yazıb ki, yaxın vaxtlarda ölkə hökuməti daha 3 keçmiş Quantanamo məhbusunu qəbul edəcək. 2013-cü ilin sonlarında Pentaqon Çin vətəndaşı olan 3 uyğurun Slovakiyaya təhvil veriləcəyini açıqlayıb. Slovakiya XİN-in rəsmi nümayəndəsi İvan Netik bildirib ki, daha əvvəl qəbul edilən 3 məhbus kimi, bu məhbuslar da heç vaxt terror törətməkdə şübhəli sayılmayıblar və ya terrorda ittiham olunmayıblar.

Siracov Türkiyənin Kayseri şəhərindəki Ərciyəz Universitetinin iqtisadiyyat fakültəsini bitirib. O, bir müddət Rusiyada fəaliyyət göstərən Türkiyə şirkətində çalışıb. 2001-ci ilin əvvəlində evdən çıxan P. Siracov bir daha geri qayıtmayıb. 2002-ci ilin yanvarında ailəsi onun taliblərlə birlikdə həbs olunduğunu və Quantanamoya aparıldığını öyrənib.   

Tam mətn
Muəllif: Redaksiya

Suriyada döyüşən azərbaycanlılar kimlərdir?

“Əbubəkir məscidi” dini icmasının imam camaatı Qamət Süleymanov Turan-a bildirib ki,  Suriyada nə qədər Azərbaycan vətəndaşının olduğunu demək çətindir. Amma cəlbolunmanın səbəblərindən biri fikirdir. “Müəyyən radikal fikirlər var ki onlar nəinki Suriyada, dünyanın başqa yerlərində də bu kimi hadisələri dəstəkləyir. Eyni zamanda demək olmaz ki, Suriya və digər yerlərdə…

Tam mətn
Muəllif: Redaksiya

Rusiyada yaxalanan terrorçular arasında bir Azərbaycan vətəndaşı da var

Rusiya Milli Antiterror Komitəsinin yayığı məlumatda bildirilib ki, hüquq-mühafizə orqanlarının əməliyyat-axtarış tədbirləri nəticəsində terror törətməkdə şübhəli bilinən 25 yaşlı Azərbaycan vətəndaşı Murad Atayev, 22 yaşlı Ramazan Xalizov, 60 yaşlı Vladimir Xalizov, 22 yaşlı Şamil Əbdüləzizov, 22 yaşlı Maqomed İbrahimov, 25 yaşlı Şamil Qazimaqomedov yaxalanıblar. İlkin təhqiqat zamanı adı…

Tam mətn