Manatın hazırlanmasına görə 14 mln. avroluq rüşvət məsələsi Vyana məhkəməsində
Avstriyada manatın hazırlanmasına görə 14 mln. avroluq rüşvət qalmaqalı deyəsən böyüməkdədir. Avstriya Mərkəzi Bankının keçmiş sədr müavini Volfqanq Duçaçek və daha 8 şəxs Azərbaycan və Suriyada vəzifəli şəxslərin pulla ələ alınması işi ilə bağlı bazar ertəsi Vyana məhkəməsinə çağırılıblar. Söhbət həmin ölkələrin milli valyutalarının hazırlanmasına dair müqavilələrin alınmasından gedir.<...