Muəllif: Redaksiya

Balakənli bədbəxt ata Suriyada itkin düşmüş oğlunu axtarır

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev isə  -ya açıqlamasında bildirib ki, nazirlik Suriyada baş verənləri yaxından izləyir: “Suriyada vəziyyət hazırda gərgin olaraq qalır. Biz əvvəllər də qeyd etmişik ki, bununla əlaqədar Azərbaycanın Suriyadakı səfirliyi də fəaliyyətini dayandırıb. Səfirlik isə Livanın paytaxtı Beyruta köçürülüb və…

Tam mətn
Muəllif: Redaksiya

Kişi qatar bələdçiləri bu gün aksiya keçiriblər: ADY açıqlama yaydı

“Azərbaycan Dəmir Yolları” QSC kişi qatar bələdçilərinin bu gün keçirilən aksiyası ilə bağlı açıqlama yayıb. “Azərbaycan Dəmir Yolları” QSC Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, son vaxtlar sərnişinlərə göstərilən xidmətin səviyyəsini daha da yüksəltmək, sərnişin qatarlarında qanunsuz yüklərin daşınması səbəbindən sərhəd-keçid məntəqələrində qatarların ləngiməsi hallarının qarşısını almaq…

Tam mətn
Muəllif: Redaksiya

Mübahisəli obyektin də, ona çəkilən xərclərin də Zaur Həsənova heç bir aidiyyəti olmayıb…

AHİK özünə qəsd edən Qarabağ qazisi Zaur Həsənova məxsus olduğu iddia edilən kafe ilə bağlı ilginc açıqlama yayıb. Bildirilir ki, Qarabağ qazisi Zaur Həsənov özünə qəsd edəndən sonra onu bu addımı atmağa vadar edən əsas səbəb kimi sökülmüş kafenin inşasına banklardan külli miqdarda borc götürülməsi, hətta bankların onun mülkünə həbs qoyması göstərilib, dəqiq məbləğ isə heç kim tərəfindən açıqlanmayıb.

AHİK bu müəmmaya aydınlıq gətirmək üçün rəsmi sənəd yayıb. Bu, “Edis Group” şirkətinin 2011-ci il avqust ayında Ali Məhkəməyə əlavə kassasiya şikayəti verməsi ilə bağlıdır. Kassasiya şikayətində qeyd edilir ki, mübahisəli obyekti “Edis Group” şirkəti tikib, bütün xərcləri şirkət çəkib. Obyekt də “Edis Group” şirkətinin balansındadır və şirkətin işçilərin istirahət obyekti kimi işə salınıb: “İddiaçılar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Kurort” Səhmdar Cəmiyyətinin və “Şıx” Sanatoriyasının cavabdehlər Bibiheybət Bələdiyyəsinə və fiziki şəxs Həsənov Zaur Həsən oğluna qarşı 25 saylı 08.04.2005-ci il tarixli “İcarə müqaviləsinin etibarsız  hesab edilməsi, qanunsuz tikililərin sökülməsi və sahənin boşaldılması barədə  iddiasına baxaraq 1 saylı Bakı Yerli İqtisad Məhkəməsi iddianın təmin edilməsi haqqında 10.09.2009-cu il tarixdə 2 (81) -1434 saylı Qətnamə qəbul edib. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 10.09.2009-cu il tarixli Qətnaməsinin dəyişmədən saxlanması haqda apellyasiya qətnaməsi 26.04.2011-ci il tarixdə qəbul edilib. Kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddəti (cəmi 29 günü) bərpasından Apellyasiya Məhkəməsi imtina edib. 12.01.2011-ci ildə Ali Məhkəmədə prosessual müddəti bərpasına razılıq verməyib. Əlavə kassasiya şikayətləri təmin edilməyib, axırıncı qərardad 01.06.2011-ci ildə qəbul edilib: “04.07.2011-ci ildə Həsənov Zaur bizim şirkətə mübahisəli tikinti barədə sənədlərin verilməsi ilə əlaqədar müraciət edəndə, yalnız onda yuxarıda qeyd etdiyimiz məhkəmələr qərarlarından xəbər tutduq.  Lakin heç bir məhkəməyə bizi cavabdeh qismində cəlb etməyiblər, obyektə baxış keçirməyiblər. 70,0 kvadratmetr ərazi bizim pulumuzla zibildən təmizlənib, qum tökülüb, ağaclar əkilib, abadlıq işləri aparılıb. Həmin ərazidə Qarabağ əlili Həsənov Zaur və digər 15 Qarabağ əlili ailələri ilə birgə dolanırlar”.

AHİK bu sənədə əsasən  Bibi-Heybət qəsəbəsi, “Şıx” Sanatoriyasının ərazisində yerləşən çayxananın faktiki qeyri-rəsmi sahibinin “Edis Group” şirkəti olduğunun üzə çıxdığını bəyan edir: ““Edis Group” şirkətinin rəhbəri Məmmədov S.A. tərəfindən verilən kassasiya şikayətində göstərilib ki, çayxananın faktiki sahibi onun şirkətidir,  Zaur Həsənov və digər 15 Qarabağ əlili ailəsi ilə birgə oradan dolanıblar.  O da qeyd edilib ki, Bibiheybət Bələdiyyəsi tərəfindən çimərlik zonasında 70 kv.m. torpaq sahəsi 08.04.2005-ci il tarixli, 25 saylı icarə müqaviləsi ilə Həsənov Zaur Həsən oğluna 10 illik istifadəyə verilib. 2008-ci ildə Zaur Həsənov “Edis Group” şirkətinə daxil olandan sonra zibillərin çıxarılması, abadlıq işlərinin görülməsi, işçilərin istirahəti ilə bağlı tikinti aparılması, ağacların əkilməsi üçün şirkət bütün xərcləri özü çəkmiş, tikintini isə öz balansına qəbul edib.  Bu sahə ilə bağlı məhkəmə mübahisələrinin olduğundan isə Həsənov Zaur  mübahisəli tikinti ilə bağlı sənədlərin verilməsi üçün şirkətə müraciət edəndə xəbər tutublar. Əlavə kassasiya şikayətində göstərilənlərdən belə məlum olur ki, çəkilən xərclərin Zaur Həsənova heç bir aidiyyəti olmayıb. Belə vəziyyətdə təbii sual doğur: Zaur Həsənovu bu faciəyə kim vadar edib?!”.

Tam mətn
Muəllif: Redaksiya

Səsləndirilən 5 % rəqəmi mübahisəyə yol açıb

İlham Əliyev cəmiyyətə yanlış məlumat verib   Ötən il Azərbaycanda yoxsulluq səviyyəsinin 5,3% olması barədə yanvarın 9-da Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasda prezident İlham Əliyev tərəfindən səsləndirilən rəqəm mübahisəyə yol açıb. Dövlət başçısı yürütdüyü siyasət nəticəsində əhalinin rifahının yüksəldiyini…

Tam mətn
Muəllif: Redaksiya

Bakının mərkəzində daha haralar söküləcək?

Şöbə müdiri sökülməsi nəzərdə tutulan bəzi ərazilərin adlarını açıqlayıb: «Bakıda «Sovetski» adlanan ərazinin sökülməsi barədə fikirlər hələ Sovet dövründə səslənirdi. Sovet hökuməti dağıldı, amma «Sovetski» sökülüb qurtarmadı. Bir şey də deyim ki, «Sovestki»nin sökülməsi məsələsinə yanaşma kütləvi olmalıdır. Mənə də müraciət edirlər ki, orada hətta hava olmayan, günəş şüası…

Tam mətn
Muəllif: Redaksiya

Konfet ağacı iki ildir bar verir

Lənkəran rayonunun Bürcəli kənd sakini Nizam Cabbarovun şəxsi həyətyanı təsərrüfatında yetişdirdiyi konfet ağacı növbəti dəfə bar verib. 59  yaşlı bağbanın APA-ya bildirdiyinə görə,  konfet ağacının meyvəsinin toxumlarını hələ 1980-ci illərin ortalarından evə gətirərək, onları xüsusi qablarda cücərtməklə daha sonra şitillərini torpağa basdırıb. Aqrotexniki qulluq sayəsində konfet ağacı boy ataraq 2 il sonra bar verib. İndi Nizam Cabbarovun həyətində konfet ağacının sayı bir deyil, onlarladır.

Bağbanın sözlərinə görə, vətəni Yaponiya, Çin, Hindistan və Koreya sayılan bu ağac Azərbaycanda təcrübə olaraq ilk dəfə 1935-ci ildə Mərdəkanda yetişdirilib.  Nəticə müsbət olduğundan konfet ağacından respublikanın subtropik iqlim şəraitinə məxsus ərazilərində, eləcə də Lənkəran rayonunda əkib çoxaldıblar. Sonradan baxımsızlıq ucbatından həmin ağacların hamısı məhv olub. Nizam kişi isə konfet ağacının sayını artıraraq, ondan tanışlarına, qonum-qonşulara da hədiyyə edib. N.Cabbarovun sözlərinə görə, konfet ağacı iyun ayının ortalarında çiçək açır: ”Bu zaman arılar ağacın ağ çiçəklərinə qonaraq nektar toplayırlar. İndi mən konfet ağacının hesabına həm də arıçılıqla məşğul oluram. Bəslədiyim 5 arı pətəyi sayəsində ailə büdcəmizə əlavə gəlir daxil olur”.

Nizam kişinin qənaətincə, konfet ağacının sürüşmə baş verən ərazilərdə əkilib çoxaldılması torpağın eroziyaya uğramasının qarşısını alır: ”Ağacın kökləri torpağın dərin qatlarına uzanıb getdikcə sürüşmə təhlükəsi minimuma enir”.

Maraqlıdır ki, konfet ağacının meyvələrindən təkcə çərəz kimi deyil, həm də dərman vasitəsi kimi istifadə olunur. Bu meyvələrin tərkibində xeyli miqdarda insan orqanizmi üçün faydalı maddələr, o cümlədən qlükoza, protein, saxaroza, fruktoza, kaliumnitrat vardır. Konfet ağacının meyvələri həmçinin nəfəs yollarının iltihabı, əsəb pozğunluğu, yoğun bağırsaq və öd kisəsi, mədə və böyrək xəstəliklərinin müalicəsində effektiv təsirə malikdir.

Qeyd edək ki, Azərbaycan üçün nadir bitki növlərindən sayılan konfet ağacını qoruyub gələcək nəsillərə ötürmək məqsədilə onun adı ölkənin “Qırmızı kitab”ına daxil edilib.

Tam mətn
Muəllif: Redaksiya

İşdən çıxarılan fəhlələrin bir qisminin işə bərpa olunacağı vəd edilib

O bildirib ki, əməliyyat şirkəti işçilərlə 1 il müddətinə müqavilə imzalayıb, son vaxtlar isə ancaq 3 ay müddətinə müqavilə imzalanırdı. “Baxmayaraq ki, “Bahar” şirkət özü ARDNŞ ilə 25 il müddətinə əməkdaşlıq müqaviləsi imzalayıb, bu baxmdan öz əməkdşaları ilə 25 il müddətinə müqavilə imzalaya bilərdi”, — deyə komitə sədri irad…

Tam mətn