Hərbi xidmət yaşını artırmaq məqbul sayılmayıb
Hərbi xidmət yaşının 19 və ya 20-yə qaldırılması ilə bağlı silahlı birləşmələrə malik güc strukturları tərəfindən Milli Məclisə göndərilən təkliflər müsbət qarşılanmayıb. Parlamentdən APA-ya verilən məlumata görə, təkliflər artıq geri qaytarılıb. Təklifin “Hərbi xidməti keçmə” haqqında qanuna salınması parlamentin Təhlükəsizlik və müdafiə komitəsində məqbul hesab edilməyib. “Milli Məclisin müvafiq komitəsi…