Muəllif: Pərviz Cəbrayıl

İnternetlə sevişənlərin faciəsi

Yeri gəldikcə sosial şəbəkələrin, rabitə əlavələrinin həyatımıza təsirindən yazmışam. Ancaq bu mövzu internetin özü kimi bitib-tükənən deyil. Bu gün gördüyüm bir sosial video-çarx içimi alt-üst elədi, təkan verdi, yenə yazıram. Çarxın süjeti belədi: Ana beş yaşlı qızının paltarlarını ütüləyir, telefonu da çiyniylə qulağına sıxıb, kiminləsə danışır. Uşaq gah anasına baxır, gah ruhdan düşüb başını nəyləsə qatmaq istəyir. Sonra nahar edirlər.

Tam mətn
Muəllif: Hüseynbala Səlimov

24 İL BUNDAN ƏVVƏL HƏM DƏ…

Bəli, ölkə ilk böyük neft müqaviləsinin imzalanmasının 24-cü ilini də yola saldı. Böyük yubiley təntənələri güman ki, növbəti ildə olacaq. İndi isə məmurlarımızın diqqətinin hələki başqa bir səmtlərdə olmasından istifadə edib bəzi detalları saf-çürük etməyə çalışmaq olar. Hərçənd, bunun da elə bir mənası yoxdur, cəmiyyətimiz elə yatıb ki, sözün əsl mənasında onun malını-sərvətini oğurlamamaq, nefti burada çıxarıb onu ayıran böyük zavodları isə Türkiyədə tikməmək günahdır.

Tam mətn
Muəllif: Ramilə Qurbanlı

Ölkəyə valyuta gətirən film

“7 oğul istərəm” Amerikada Xəyyam Mirzəzadəni ağladıb  “7 oğul istərəm” filminə baxanda həmişə  rəhmətlik Həsən Məmmədovla son görüşümüzü xatırlayıram. Çox söhbət elədik, onun portretini işləyirdim. Söhbətimizin sonunda içimdə qalan, dilə gətirmək istədiyim, amma gətirə bilmədiyim bir sualı gözlərimdən oxuyurmuş kimi eynilə filmdə Bəxtiyarın pilləkəndə oturub düşündüyü kadrda olduğu fason xəyala dalıb dedi:“Birdən məndən soruşarsınız ki, yaratdığınız obrazlar bu günün reallığı ilə ayaqlaşmır, deməli, əslində bu gün üçün heç nə etməmisinz. Məsələn, elə Bəxtiyar obrazı artıq bizdən deyil?

Tam mətn
Muəllif: Pərviz Cəbrayıl

QIZIL ORDU MƏNİ BELƏ QƏTLƏ YETİRDİ…

O, yenə Rusiyadan gəlirdi. Mən yenə onu qarşılamağa gedirdim. Bu dəfə onu aeroportun sərnişinlər gələn yerindən yox, gömrük terminalından qarşılayacaqdım… Heç cür inana bilmirdim, həmişə aeroportda uzaqdan baxıban gülümsəyə-gülümsəyə  əl eləyib mənə sarı gələn adam bu dəfə iri, çox iri qutuda, sink tabutda gəlirdi.

Tam mətn
Muəllif: Hüseynbala Səlimov

On yeddi il əvvəl dünya necə eybəcərləşdi?..

  Öncə onu deyək ki, nə qədər eybəcərləşsə də, nə qədər dözülməz hala gəlsə də, bizim başqa Dünyamız yoxdur – çox təəssüf ki, insan yalnız yaşa dolandan sonra belə sadə həqiqətləri başa düşməyə başlayır və sənə ətrafdakı hər şey, hətta asfaltın altından boy atıb çıxan adicə ot və yaxud da yarpaqlar üzərində yığılan şeh belə möcüzə kimi görünür… Bəlkə elə məhz bunun nəticəsidir ki, yaşa dolduqca Dünyanın nizamı bizi daha çox düşündürür, sanki hər birimiz haqqında özündə

Tam mətn
Muəllif: Pərviz Cəbrayıl

MƏN NİYƏ BU ÖLKƏDƏN GETMƏDIM…

“Ola bilməz, nə danışırsan? Ciddi deyirsən? İlahi, min şükür, heç olmasa, nəvələrim bir gün görər…”, – dəhşətli ağırlıq çökmüş, yod qoxuyan alaqaranlıq otaqda 150 kiloluq nəhəng bədənindən bir kiçik qucaqlıq dəri və sümük qalmış, ətli-əzələli, az qala bir metr diametri olmuş qolunda iynə sancmağa yer tapılmayan, gözləri bəlkə Marian çökəkliyinin dibinə qədər enmiş, bir zamanlar dünyaya sığmayan, indi hardasa yorğanın altında itib-batmış atamın taqətsiz səsi güclə eşidildi.

Tam mətn
Muəllif: Hüseynbala Səlimov

SÖZÜN İNFLYASİYASI…

Gər çox istərsən, Füzuli, izzətin, az et sözü Kim, çox olmaqdan qılıbdır çox əzizi xar söz   Özündən üstündən irəli keçməyin iki yolu var. Biri daha çox çalışmaqdır, digəri isə səndən irəlidəkiləri bir-bir “zərərsizləşdirmək” və bu yolla özünü öncül kimi təsdiq etməkdir. Bilirsinizmi, bunları niyə deyirəm? Hakim partiyanın təbliğat sistemi məni daim düşündürübdür və aydın məsələdir ki, təbliğat prosesinin də yükünün ən böyük hissəsi KİV-lərin üzərinə düşür.

Tam mətn