Muəllif: Redaksiya

Sabunçu rayonunda iki gənc özünü niyə asıb?

Bu suala hələlik aydın cavab yoxdur. Baş Prokurorluqdan Sabunçu rayonunda iki gəncin intihar etməsi faktı ilə bağlı yayılan məlumata görə, aprelin 27-də saat 10:30 radələrində Ramana qəsəbəsi ərazisində yerləşən «Şuşa» yaşayış məntəqəsində istifadəsiz yaşayış evində iki nəfərin asılmış vəziyyətdə meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna daxil olan məlumat əsasında Bakı…

Tam mətn
Muəllif: Redaksiya

4 ay öncənin sorğusu nə göstərib?

Azərbaycanda əhalinin 92%-i hökumətə inanır. Bu barədə 2012-ci ilin sonuna Azərbaycan üzrə «Avropa Qonşuluğu Barometri» çərçivəsində keçirilən sorğuda bildirilir. Sorğu Avropa Qonşuluq Siyasəti ölkələrində ictimai rəyin öyrənilməsi üzrə Avropa Birliyi (AB) tərəfindən maliyyələşdirilən layihə çərçivəsində 2012-ci ilin noyabr-dekabr aylarında 1000 respondent arasında keçirilib, deyə APA-nın yaydığı xəbərdə deyilir. «Avropa Qonşuluğu…

Tam mətn
Muəllif: Redaksiya

MEA-nın yeni prezidenti Akif Əlizadə seçildi

Bu gün Azərbaycan MEA-nın ümumi yığıncağında qurumun prezidenti vəzifəsinə Akif Əlizadə seçilmişdir. Əlizadə əvvəllər bu qurumda vitse-prezident vəzifəsində olmuşdur. Bu il fevralında MEA prezidenti Mahmud Kərimovun vəfatından sonra bu vəzifəni vitse-prezident Akif Əlizadə icra edirdi. Səsvermənin nəticələri elan edildikdən sonra çıxış edən yeni prezident Akif Əlizadə bildirib ki, imkan…

Tam mətn
Muəllif: Redaksiya

Elmi dərəcələrə görə əlavələri artırmaq təklif edilir

MEA ötən ilki fəaliyyətinə həsr edilən ümumi yığıncaqda elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcələrinə görə verilən əlavələrin artırılması təklif edilib. İclasda cıxış edən MEA akademik-katibi Vaqif Fərzəliyev bildirib ki, son illər ölkə Prezidentinin elmə qayğısının nəticəsi olaraq alimlərin əməkhaqqı bir neçə dəfə artıb. Lakin əməkhaqlarının məbləği müasir bazar qiymətləri…

Tam mətn
Muəllif: Redaksiya

İnşaat dələduzluğu: «Mur-Ay”ın məhkəməsi mayın 6-na qaldı

Bakı Ağır Cinayətlər Məhkəməsində “Mur-Ay” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dələduzluqda təqsirləndirilən sədri Elxan Hüseynov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi bu gün davam etdirilib. APA-nın xəbərinə görə, prosesdə təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışına hazır olmadıqlarını bildiriblər. Bunun üçün də proses mayın 6-dək təxirə salınıb. “Mur-Ay” MMC-nin sədri Elxan Hüseynov…

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Qızıl Ayparaçılar Əli ağa Şıxlinskini ad günündə andılar

Bu gün Qızıl Ayparaçılar Əli ağa Şıxlinskini ad günündə andılar. Onun barelyefi vurulmuş evin qarşısında toplaşdılar, barelyefin önünə qırmızı qərənfillər düzdülər, Vətən və Millət qarşısında xidmətlərini ehtiramla yad etdilər. Biz jurnalistlər Həsən bəy Zərdabini öz mənəvi atamız bildiyimiz kimi, general Əli ağa Şıxlinski də Qızıl Ayparaçıların mənəvi atası kimi…

Tam mətn
Muəllif: Redaksiya

İnsan alveri: əcnəbilərlə ailə quranlar çox vaxt qurbana çevrilir

Keçən il 66 insan alveri faktı aşkarlanıb. Bu haqda Turan-a açıqlamasında “Təmiz Dünya” İB rəhbəri Mehriban Zeynalova bildirib. Bu ilin 3 ayı ərzində isə 10 belə insan alveri faktı üzə çıxıb. Onun sözlərinə görə, 175 nəfər potensial alver qurbanına yardım göstərilərək, belə faciəyə düşə bilməkdən xilas edilib. İnsanların alver…

Tam mətn