Baş Prokurorluq: Gülər Əhmədovanın cinayətləri tam sübuta yetirilib
Baş Prokurorluq Gülər Əhmədovanın vəkillərinin ittihamlarına cavab verdi. Bildirildi ki, cinayətlər tam sübuta yetirilib və Gülər Əhmədovanın vəkilləri tərəfindən səsləndirilən fikirlərin heç bir hüquqi əsası yoxdur. Baş Prokurorluq mətbuat xidmətindən bildirilir: «Bakı şəhər prokurorluğunda aparılmış istintaqla Gülər Əhmədova tərəfindən etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə və qabaqcadan…
Hadisə İsmayıllının Qalıncaq kəndində qeydə alınıb. Kənd sakini, 48 yaşlı Azad Məmmədəli oğlu Rəcəbəliyev yaşadığı kəndin yaxınlığındakı meşə massivində özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Rəcəbəliyev Qalıncaq kənd orta məktəbində bədən tərbiyəsi müəllimi işləyirmiş.