İlqar Məmmədov və Tofiq Yaqublunun işi üzrə ibtidai istintaq bitib
Yanvarın 23-də İsmayıllıda baş vermiş hadisələrlə bağlı saxlanılan şəxslərin barəsində olan cinayət işi üzrə ibtidai istintaq bitib. Bu barədə APA-ya vəkil Akif Əlizadə məlumat verib. Əlizadə vəkillərin cinayət işinin materialları ilə tanış olmağa başladıqlarını bildirib. Baş Prokurorluq və DİN tərəfindən İsmayıllı hadisələri ilə bağlı verilmiş birgə məlumatda bildirilirdi ki, yanvarın…