Dörd xarici vətəndaşın adı “arzuolunmaz şəxslər” siyahısından çıxarılıb
Daha əvvəl Ermənistan tərəfindən işğal olunan Azərbaycan torpaqlarına qeyri-qanuni yolla səfər etdiklərinə görə Azərbaycan XİN-in «arzuolunmaz şəxslər» siyahısına daxil edilən dörd xarici vətəndaşın adı həmin siyahıdan çıxarılıb. Trend-in məlumatına görə, «arzuolunmaz şəxslər» siyahısından RF Dövlət Dumasının deputatı Aleksey Mirtofanov, «Amerikanın Səsi»nin Moskva bürosunun rəhbəri Ceyms Bruk, Cons Hopkins Universitetinin…