Muəllif: Redaksiya

Şənbə aksiyasına görə gənc fəallar həbs edildi

Oktyabrın 12-də «Məhsul» stadionunda müxalifətin etiraz aksiyasında iştirak etmiş 4 gənc bazar ertəsi müxtəlif müddətli inzibati həbs cəzasına məhkum edilib. Xatırladaq ki, oktyabrın 12-də dinc etiraz aksiyası başa çatdıqdan sonra polis mitinqdən gedərkən yolda hökumət əleyhinə şüarlar səsləndirən gənclərə hücum edib, Metronun «İnşaatçılar» stansiyasının yaxınlığında qarşıdurma baş verib. Bu zaman…

Tam mətn
Muəllif: Redaksiya

Casusun ifşası səfirliyə görə «iranofobiya» imiş

İran səfirliyi İran vətəndaşına qarşı casusluq ittihamını əsassız sayır. Bakı Ağır Cinayətlər Məhkəməsi cümə günü İran vətəndaşını casusluqda ittiham edərək 15 il müddətinə azadlıqldan məhrum edib. Səfirliyin mətbuat xidmətinin rəhbəri Mühəmməd Ayətüllahi bu ittihamı “iranafobiya” kimi dəyərləndirib. O, apellyasiya məhkəməsinin bu ittihamı ləğv edəcəyinə ümid bəsələdiyini də bildirib. Xatırladaq ki,…

Tam mətn
Muəllif: Redaksiya

Dağlıq Qarabağa qanunsuz səfər etmiş Kanadalı deputat peşmanladı

Ermənilərin pulu batdı, planları pozuldu, zəhmətləri hədər getdi. Dağlıq Qarabağa qanunsuz səfər etmiş kanadalı deputat Azərbaycanın Ottavadakı səfiri ilə görüşüb və bunun necə baş verdiyini danışıb, Azərbaycana dost olmaq istədiyini dilə gətirib. Rəsmən səfirliyə məktub da yazıb. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etmiş Kanada parlamentinin İcmalar Palatasının Liberallar…

Tam mətn
Muəllif: Redaksiya

Vaşinqtonda Karnegi Fondunda müzakirələr necə keçib?

Lobbiçilər keçən cümə günü Vaşinqtonda auditoriyanı 9 oktyabr seçkilərinin yekunlarını dəstəkləməyə razı salmağa, beynəlxalq müşahidəçiləri və ABŞ Dövlət Departametinin tənqidini nüfuzdan salmağa müvəffəq olmayıblar. “Azərbaycanın gələcəyinə baxarkən” adlı tədbir Karnegi fondunda keçirilib, tədbirin iştirakçıları isə yaxın 5 ildə, İlham Əliyevin üçüncü prezidentlik müddəti çərçivəsində ölkəni nələrin gözlədiyi ilə bağlı…

Tam mətn
Muəllif: Redaksiya

Səfər Əbiyev ABŞ səfirinə deyib: Ermənistanın beynəlxalq tənqiddən kənarda saxlanılmasını necə başa düşək?!»

Müdafiə naziri Səfər Əbiyev ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarı qəbul edib. MN mətbuat xidmətindən bildirilir ki, Azərbaycan-ABŞ ikitərəfli hərbi əməkdaşlıq əlaqələrinin mövcud vəziyyətinə toxunan müdafiə naziri bu sahədə əldə edilmiş müsbət nəticələr və həllini gözləyən məsələlər ətrafında səfirlə fikir mübadiləsi aparıb. Hərbi əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini qeyd…

Tam mətn
Muəllif: Redaksiya

Dəyanət Babayev 2 il şərti azadlıqdan məhrum edilib

Bu gün Nəsimi rayon məhkəməsində xuliqanlıqda ittiham olunan AXCP gənc fəalı Dəyanət Babayev haqqında hökm oxunub. Məhkəmə onu təqsirli bilərək, 2 il şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Prokuror məhkəmədən onun 4 il azadlıqdan məhrum edilməsini istəmişdi. Turan-ın xəbərinə görə, Babayev məhkəmənin qərarını ədalətsiz hesab edir, belə ki, o, heç…

Tam mətn
Muəllif: Redaksiya

«İsmayıllı hadisələri»ndə təqsirləndirilən qrupun işi üzrə materiallar məhkəməyə göndərildi

İlqar Məmmədov, Tofiq Yaqublu və İsmayıllı hadisələrində təqsirləndirilən digər şəxslərin cinayət işi üzrə materiallar məhkəməyə göndərilib. Bu şəxslər yanvarın 23-də İsmayıllıda baş vermiş hadisələrlə bağlı saxlanılıblar və sonra barələrində cinayət işi aşılıb. Vəkil Əsabəli Mustafayev mətbuata bildirib ki, işin ittiham aktı istintaq orqanı tərəfindən təsdiq olunaraq baxılmaq üçün Şəki Ağır…

Tam mətn