Muəllif: Redaksiya

İsa Qəmbər «Milli Şura»ya münasibətini açıqladı: «Müsavatsız heç nə mümkün deyil»

“Biz seçkidən sonra Milli Şura ilə bağlı bir neçə təklif irəli sürdük. Təklif etdik ki, yeni dönəmdə Milli Şuranın hədəfləri dəqiqləşdirilsin, Rüstəm İbrahimbəyov hörmətlə yola salınsın, Cəmil Həsənli sədr olsun. Burda Milli Şuranın hədəflərinə zidd olan nə var? Bir ay bu məsələni uzatdılar, həmsədrlik məsələsini atdılar ortaya, sonra da fəxri…

Tam mətn
Muəllif: Redaksiya

Jurnalist-yazar Xalid Kakınç: “AKP dönəmi bitdi, yeni bir dönəm başlayır”

“Türkiyədə bir dönəm bitdi, artıq irəliyə baxmaq lazımdır”. Bu sözləri APA-ya açıqlamasında Türkiyədəki son hadisələri dəyərləndirən tanınmış jurnalist-yazar Xalid Kakınç deyib.  Kakınç hesab edir ki, bu proseslərdən qaçmaq mümkün deyildi, hazırda olması lazım olan şeylər cərəyan edir:

“Bu iqtidar uzun müddət məzlum, cəmiyyətdə aşağılanmış, kənara itələnmiş qrup kimi təbliğat apardı və xalq bu təbliğatlara inanaraq bunları iqtidara gətirdi. Ancaq bunlar iqtidara gələndən bir müddət sonra diktatura qurmağa başladılar. Bu iqtidar Türkiyənin təməl dəyərlərini sarsıtmağa çalışdı. Ölkənin qurucusu olan Atatürkə “əyyaş” dedilər, baş nazir hər ailədə ən az 3 uşaq olmasından dəm vurdu, az qala çarpayıda necə yatacağımıza qərar verəcəkdi. İqtidar ölkəni tamamilə qütbləşdirdi, 35-40 ildə yetişmiş ordu mənsublarını əsassız ittihamlarla həbsxanalara doldurdu. Bu torpaqlarda Atatürkü və ordunu bir kənara qoyaraq necə normal dövlət qurmaq olar? Türkiyədə dövlət çöküb. AKP iqtidarının dönəmi bitib, yeni bir dönəm başlayır”.

Türkiyə Vəkillər Kollegiyaları Birliyi İdarə Heyətinin üzvü Başar Yaltı isə olayların hüquqi tərəfinə toxunaraq bildirib ki, Türkiyədə dövləti əmələ gətirən qurumlar arasındakı səlahiyyət balansını bilavasitə baş nazir özü pozub: “Biz illərdən bəri deyirik ki, siyasətin əmrində ədliyyə sistemi olmaz. Bu, məhkəmələrin müstəqilliyi prinsipinə tamamilə zidd olub, hüquq dövlətində olmayacaq şeylərdir. “Balyoz”, “Ergenekon”, “Odatv” proseslərində baş nazir və hökumət mənsubları deyirdilər ki, bunlar qəhrəman prokurorlar və hakimlərdir, imkan verin işlərini görsünlər. 12 sentyabr 2010-cu ildə keçirilən Konstitusiya dəyişikliyi referendumundan sonra Hakimlər və Prokurorlar Ali Şurasının tərkibi tamamilə dəyişdirildi, məhkəmə və prokurorluqların tərkibi təxminən 80% yeniləndi. Ədliyyə hökumətin və hökumətlə koalisiyada olan dini icmanın nəzarətinə keçdi. Təsəvvür edin ki, bir neçə gün əvvəl hökumət yeni bir təlimat qəbul edib, prokurorların ilkin təhqiqatlar barədə polis rəislərinə məlumat verməsi məcburiyyətini gətirmişdi, hüquq dövlətində belə bir şey ola bilməz. Türkiyə Vəkillər Kollegiyaları Birliyi məhkəməyə müraciət edərək bu təlimatın qüvvəyə minməsini dayandırsa da, hökumətin daha mürtəce addımlar atacağını gözləməliyik”.

Türkiyədə cərəyan edən proseslərin ölkə iqtisadiyyatına təsirini şərh edən “Hürriyyət” qəzeti və “CNN Türk” kanalının iqtisadi məsələlər üzrə şərhçisi Ərdal Sağlam isə qeyd edib ki, siyasət iqtisadi prosesləri düzgün idarə etmir, qovğalar bir an əvvəl bitməlidir: “Amerika Mərkəzi Bankının son qərarından sonra türk lirəsinin müəyyən qədər devalvasiyaya məruz qalacağı gözlənilirdi, ona görə də ABŞ dollarının bir qədər bahalaşmasını təbii qarşılamaq lazımdır. Ancaq cərəyan edən son proseslər türk lirəsinin gözləniləndən daha çox dəyər itirməsinə səbəb oldu, bunun əsas səbəbi isə siyasətçilərin iqtisadi prosesləri düzgün idarə etməməsindədir. Xüsusilə, hüquq sistemi ətrafında yaşanan olaylar milli valyutanın daha çox dəyər itirməsinə aparıb çıxara bilər, ona görə də bu qovğaların bir an əvvəl bitməsi lazımdır. Baş nazirin son əməliyyatların arxasında faiz lobbisinin olduğunu iddia etməsi doğru deyil. Ölkədən qızıl çıxarılması ilə bağlı aparılan əməliyyatlarda qanunsuzluq və rüşvət iddiaları var. Bunun nə dərəcədə doğru olduğunu məhkəmələr araşdıracaq, indidən nəsə söyləmək müstəqil məhkəmələrin işinə müdaxilə etmək mənası daşıyar”.

Baş nazir R. T. Ərdoğanın 17 dekabrdan bəri cərəyan edən proseslərdə Türkiyənin 20 milyard dollar zərərə məruz qaldığı haqda fikrini şərh edən Ə. Sağlam bunun doğru olmadığını söyləyib: “”Halkbank”ın birjadakı dividentlərində düşmə olduğu kimi, birjanın ümumi indeksində də düşmə var. Bu, bir neçə milyard dollar zərər ola bilər, ancaq 20 milyard dollar zərər olması doğru deyil”.

 …

Tam mətn
Muəllif: Redaksiya

Müsavat Partiyası Milli Şuranın buraxılması təklifi ilə çıxış edib

, Müsavat Partiyası görüşdə Milli Şuranın buraxılmasına tərəfdar olduğunu bəyan edib və görüşdə əsas müzakirə də bu barədə aparılıb.

 C. Həsənli və ziyalılar isə Milli Şuranın buraxılmasının əleyhinə çıxıblar.

 Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı bununla bağlı  -nın sualına birmənalı cavab verməkdən yayınıb: “Keçirdiyimiz görüşlərdə…

Tam mətn
Muəllif: Redaksiya

İsanbul etiraz edir, Avropa Birliyi şəffaflığa çağırır

Açıqlama ilə çıxış edən ordu komandanlığı 10 nazirin vəzifədən getməsilə bağlı ölkədə hökumət böhranı məsələsinə qarşımaq niyyətində olmadığını bəyan edib. Baş Qəraragah “Türkiyə silahlı qüvvələrinin siyasi debatlarda iştirakçı olmayacağı” bəyanatı yayıb. Ərdoğana yaxın bəzi siyasətçilər korrupsiya qalmaqalının ölkədə hərbi çevriliş üçün istifadə ediləcəyi bəyanatı yayırdılar. Avropa Birliyi Ankaranı Türkiyə…

Tam mətn
Muəllif: Redaksiya

Azərbaycan Ermənistanın Gömrük İttifaqına daxil olmasına rəsmən etiraz etdi

Şöbə müdirinin fikrinə görə, Ermənistanın Dağlıq Qarabağı və ətraf yeddi rayonu zəbt edən bir işğalçı dövlət qismində hansısa ittifaqa və yaxud birliyə daxil olması beynəlxalq hüququn prinsiplərinə ziddir: «Hamıya məlumdur ki, BMT-nin, ATƏT-in və digər nüfuzlu beynəlxalq təşkilatların müvafiq qətnamə və qərarlarında Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı təsbit…

Tam mətn
Muəllif: Redaksiya

Rüşvət istintaqından kənarlaşdırılmış prokuror Akkaş istintaqa təzyiqlərdən danışıb

Müəmmər Akkaş “Turkiye” qəzetində dərc olunmuş açıq məktubunda yazıb:

“Bu gün istintaqdan kənarlaşdırılmağımdan xəbər tutdum. Cəmiyyət bilməlidir ki, baş prokuror istintaq araşdırmasının aparılmasına mane olur, istintaqa təzyiq edilir. Şübhəli şəxslərlə bağlı tədbirlər görməyə mane olur, onların istintaqdan yayınmalarına şərait yaradır, əleyhlərinə olan dəlilləri pərdələyir. Məhkəmə qərarlarının…

Tam mətn
Muəllif: Redaksiya

Vitse-spiker Minsk Qrupuna qiymət verdi: İrəliləyiş sayılacaq hansısa addıma şahid olmadıq

Milli Məclisin vitse-spikeri, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı heyətinin rəhbəri Bahar Muradova Minsk Qrupunun 2013-cü ildəki fəaliyyətini qiymətləndirib. Muradova jurnalistlərə açıqlamasında deyib ki, ATƏT-in Minsk Qrupunun fəaliyyəti Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində irəliyə atılmış addım hesab edilən nəticələrə əsasən qiymətləndirilməlidir.

Tam mətn