Məhəmməd Əmin Rəsulzadə — 130 yubiley tədbirlərinin planı açıqlandı
Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi haqqında prezident sərəncamının icrası ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi, MEA, Təhsil Nazirliyi və digər aidiyyəti qurumların təklifləri ümumiləşdirilərək tədbirlər planı hazırlanıb. Planda görkəmli şəxsiyyət və dövlət xadiminin yubiley tədbirinin, «M.Ə.Rəsulzadənin Azərbaycan dövlətçilik tarixindəki rolu» mövzusunda elmi konfransın keçirilməsi, M.Ə.Rəsulzadənin xarici ölkələrin…
Azərbaycan genişləndirilmiş “Maqnitski aktı”na düşəcəkmi?
“ABŞ harada baş verməsindən asılı olmayaraq, korrupsiyaya və insan hüquqlarının pozulmasına qarşı mübarizədə liderliyini saxlamalıdır”, — B.Kardin bildirib. O qeyd edib ki, dünyanın hər yerində — Zimbabvedən tutmuş Ukraynayadək, Hondurasdan tutmuş Papya-Yeni Qvineyaya qədər hər yerdə insan hüquqları kobud şəkildə pozulur və bu pozuntulara yol verənlər məsuliyyətdən qaçmamalıdırlar. “Maqnitski…
Milli Şura 2014-cü il üçün prioritetlərini müəyyən edib
DQMŞ ölkənin sosial həyatında baş verən prosesləri izləmək və əhalini hakimiyyətin onların həyat səviyyəsinə mənfi təsir edən addımları barədə məlumatlandırmaq niyyətindədir. DQMŞ yerli və beynəlxalq ekspertlərin, ziyalıların iştirakı ilə avtoritarizmdən demokratiyaya keçidin yollarını müzakirə etmək üçün beynəlxalq konfrans keçirəcək. DQMŞ həmçinin azad və ədalətli seçkilərin təminatına yönələn seçki strategiyasını…
Bilal Ərdoğanın nəzarətində olan TÜRGEV’ — rüşvətin toplandığı yer?
Kılıcdaroğlu bu qanun layihəsi qəbul edildiyi halda hakim və prokurorların müstəqilliyinin əllərindən alınacağını söyləyib: “Yaxasında partiya nişanı daşıyan hakim və ya prokuror olmaz, bu məhkəmə sisteminə zərbə olacaq”. Çıxış yolu kimi qanun layihəsinin ləğv olunması, korrupsiya araşdırmalarına mane olunmayacağı barədə zəmanətin verilməsi təklif olunur. HSYK-da dəyişiklikləri nəzərdə tutan…
Ombudsman 20 Yanvarı törədənlərin cəzasız qalmasına göz yummamağa çağırır
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi hissələri və zirehli texnikası heç bir xəbərdarlıq etmədən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin bir çox şəhər və rayonlarına yeridilmişdi. Hərbi gəmilərdən çıxarılan desant qrupları da şəhər üzərinə hücuma keçmiş, ağır hərbi texnika dinc əhalinin qurduğu barrikadaları asanlıqla dağıtmışdı….
Qazaxıstanla hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri Ermənistan ilə Azərbaycan arasında münaqişənin regional sabitliyə əsas təhlükə olduğunu, problemin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllinə nail olunmasının vacibliyini bildirib. Öz növbəsində səfir dövlətlərimizin əlaqələrinin möhkəm tarixi bazaya və mehriban qardaşlıq münasibətlərinə əsaslandığını, Qazaxıstanla Azərbaycanın iqtisadi, siyasi,…
AŞPA-dan islandiyalı və finlandiyalı üzvlər cəbhə bölgəsində olublar
Avropa Şurası Parlament Assambleyasının üzvü, İslandiya parlamentinin deputatı, keçmiş daxili işlər naziri Ogmundur Yonasson və assambleyanın digər üzvü, Finlandiyadan olan Jaakko Laakso Ağdam rayonuna səfər ediblər. APA-nın Qarabağ bürosunun xəbərinə görə, qonaqlar Ağdam rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqovla görüşüblər.
RİH-də xarici qonaqlara Dağlıq Qarabağın tarixi, münaqişənin gətirdiyi fəlakətlər, qaçqın və məcburi köçkünlərə dövlət qayğısı haqda geniş məlumat verilib. Bundan sonra O. Yonasson və J. Laakso rayonun cəbhəyanı yaşayış məntəqələrinə baş çəkiblər. Onlar təmas xəttində yaşayan insanların həyat tərzi və şəraiti ilə yaxından tanış olublar. Ermənilərin atəşkəs zamanı hədəfə aldığı evlərin divarlarında güllə izlərini maraqla seyr edən AŞPA üzvləri insanların burada necə yaşamasından təəccüblərini ifadə ediblər.
O. Yonasson jurnalistlərə açıqlamasında deyib ki, səfərin məqsədi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dolğun informasiyalar əldə etməkdir: “Bizə Ağdam İcra Hakimiyyətində kifayət qədər məlumatlar verildi. Amma biz istədik ki, cəbhə xəttinə gedib təcrübəmizə əsasən bilgilərimizi daha da artıraq. Biz dünya ictimaiyyətinin marağını bu məsələyə daha çox yönəltmək istəyirik”.
J. Laakso isə bildirib ki, ATƏT-in Minsk Qrupu və digər qurumlar münaqişənin həllindəki səylərini artırmalıdır: “Müharibəni ancaq sülh yolu və danışıqlarla həll etmək lazımdır. Müharibə nəinki problemi həll edir, daha çox problemlər törədir”. …