Muəllif: Redaksiya

Nikolay Bordyuja: “Azərbaycan dost ölkədir…»

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasının alternativi yoxdur. Bu barədə Moskvada jurnalistlərlə görüşən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja bildirib və deyib ki, təşkilat Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərin yalnız siyasi yollarla həll olunmasına tərəfdardır: “Münaqişəni güc tətbiq etməklə həll etmək mümkün deyil. Bununla regionu partlatmaq olar”.

Jurnalistin “KTMT anti-Azərbaycan ritorikasının qarşısının alınması istiqamətində hansı addımlar atır?” sualını cavablandıran N.Bordyuja qeyd edib ki, təşkilat bu cür ritorikaya qarşı çıxış edir: “Azərbaycan dost ölkədir və KTMT-nin özündə də hər hansı Azərbaycan lehinə, ya da lehinə olan kampaniyalar keçirilmir”.

KTMT-nin baş katibi Nikolay Bordyuja  Əfqanıstan hökuməti ilə əməkdaşlıq etməyə, ölkənin güc strukturlarının möhkəmləndirilməsinə yardım etməyə hazır olduqlarını söyləyib: “Lakin bizim ölkələrimiz bu gün Əfqanıstan ərazisinə hər hansı bir kontingent yeritməyə və ya oradakı əməliyyatlarda iştirak etməyə hazır deyil”.

Bordyujanın sözlərinə görə, KTMT hazırda əfqan kadrlarının hazırlanmasına dəstək verir: “Bundan başqa, Əfqanıstanla hərbi-texniki əməkdaşlıq da mövcuddur. Çoxlu istiqamətlər üzrə əməkdaşlıq edə bilərik. Lakin heç bir halda Əfqanıstan ərazisindəki hər hansı əməliyyatlarda iştirak edə bilmərik”.

KTMT ilə NATO-nun əməkdaşlığı ilə bağlı sualı cavablandıran N.Bordyuja bildirib ki, qərbli həmkarları hələlik buna hazır deyillər.

Onun sözlərinə görə, bu kollektiv qüvvələrin tərkibinə üzv dövlətlərin hamısı müvafiq bölmələr ayıracaq: “Döyüş aviasiyası isə Baş Qərargah rəislərinin razılaşdırdığı kimi, operativ reaksiya kollektiv qüvvələrinin tərkibinə daxil ediləcək”.

KTMT 15 may 1992-ci ildə imzalanmış Kollektiv Təhlükəsizlik Müqaviləsi əsasında yaradılmış hərbi-siyasi ittifaqdır. KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Ermənistan daxildir. Serbiya və Əfqanıstan KTMT-də müşahidəçi statusuna malikdir.

 

 …

Tam mətn
Muəllif: Redaksiya

Lavrov Ermənistanın Moskva səfirliyindəki «DQR nümayəndəliyin»ndən «xəbərsiz»…

Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşü ümidvericidir. Lakin hər şey münaqişə tərəflərindən asılıdır.  Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada keçirdiyi mətbuat konfransında  bildirib ki, Rusiya digər həmsədr ölkələrlə birlikdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə dialoqa kömək etmək istəyir: “Həmsədrlərin müəyyən hazırlıqları var, tərəflər bunları rədd etmir, lakin razılığa gəlmək üçün əlavə səylər tələb edirlər. Biz kömək etməyə hazırıq, ancaq onların əvəzindən bu işi görə bilmərik”.

Nazir qeyd edib ki, danışıqlarda tərəqqi hər şeydən əvvəl tərəflərin özlərindən asılıdır.

Sergey Lavrov separatçı Dağlıq Qarabağ rejiminin Ermənistanın Rusiyadakı səfirliyində nümayəndəliyinin fəaliyyət göstərməsinə münasibət bildirib və bunun qanuni olub-olmaması barədə sualı cavablandırıb. Lavrov separatçı Dağlıq Qarabağ rejiminin Ermənistanın Rusiyadakı səfirliyində nümayəndəliyinin fəaliyyət göstərməsindən «xəbərsiz» olduğunu bildirib.

Bununla belə, XİN başçısı Vyana Konvensiyasına riayət etməyin vacib olduğunu vurğulayıb: “Mütəmadi olaraq belə fikirlər səslənir ki, Vyana Konvensiyasına zidd olaraq, səfirliklərin ərazisi az qala restoranlara da icarəyə verilir. Hesab edirəm ki, Vyana Konvensiyasına riayət olunmalıdır”.

Tam mətn
Muəllif: Redaksiya

Ömürlük həbs alan İlker Başbuğun azad olunacağı gözlənilir

İki ildir Silivri həbsxanasında saxlanılan İ.Başbuğun vəkili İlkay Sezer keçən il dekabrın 31-də İstanbul 13 saylı Ağır Cəza Məhkəməsinə azad olunmağa əsas verən sübutlar təqdim edib. Amma adı çəkilən məhkəmə artiq ömürlük cəza qərarı qüvvəyə mindiyi üçün vəkilin azad etmək tələbinə “bu mövzuda qərar verə bilmərik, yenidən qərar verməyə…

Tam mətn
Muəllif: Redaksiya

Fətullah Gülən: “Camaat CHP-yə dəstək olacaq”

Hazırda ABŞ-da yaşayan Türkiyənin ünlü din adamı Fətullah Gülən hakim AKP-nin demokratiyanın əleyhinə dönməsindən narahatlığını ifadə edib. Wall Street Journal qəzetinə açıqlama verən Gülən 17 dekabrdan bu yana Türkiyə iqtidarı ilə arasındakı fikir ayrılıqlarından danışıb. O, rəsmi Ankaranı istər ideoloji, istər ölkədə rəğbət yaratmaq, istərsə də dünya görüşü ilə bağlı edilən tövsiyələrə fikir verməməkdə ittiham edib. Gülən AKP-yə alternativin olmasına müsbət baxmasına işarə edərək CHP-yə dəstək verə biləcəklərini bəyan edib. “Zaman gələndə “camaat” üzvləri də digər vətəndaşlar kimi seçimlərini dəyərlərə əsasən həyata keçirəcək”, — o bildirib.

“Ölkəni idarə edənlərə qarşı heç bir zaman gizli bir planın bir parçası olmadıq, hakimiyyətə paralel sistem iddialarını rədd edirik, camaatın dəyər və baxışı dəyişməyib, dəyişən AKP-dir”- o, hakim partiyanı ittiham edib (Turan).

 

 …

Tam mətn
Muəllif: Redaksiya

XİN ötən il üzrə mətbuat buraxılışı hazırlayıb

Ermənistanın təcavüzü və işğalın nəticələrinin aradan qaldırılması, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının, qaçqın və məcburi köçkünlərin tarixi torpaqlarına qayıtmasının təmin edilməsi xarici siyasətin ən ümdə vəzifə olub. Bu xətt XİN-in ötən il üzrə mətbuat buraxılışında ifadə edilir. Xarici İşlər Nazirliyinin (XİN) 2013-cü il üçün yekun…

Tam mətn
Muəllif: Redaksiya

Dmitri Şaşkin azərbaycanlı tələbələrə Kremlin Qafqazda imperilist siyasətinindən mühazirə oxuyub

Bu gün Gürcüstanın sabiq müdafiə naziri Dimitri Şaşkin Tiflisdə fəaliyyət göstərən Gürcüstan Azərbaycanlı Tələbələr Assosiasiyasının (GATA) ofisində “Kremlin Qafqazda imperialist siyasəti” mövzusunda mühazirə oxuyub. Mühazirədə gürcü və azərbaycanlı tələbələr, Azərbaycanın Gürcüstan səfirliyin əməkdaşı İlyas Məmmədov iştirak ediblər. Dimitri Şaşkin “Kremlin Qafqazda imperialist siyasəti” mövzusunda  çıxış edib və tələbələri maraqlandıran sualları…

Tam mətn
Muəllif: Redaksiya

«Eməni soyqırımı» iftirasını qəbul etmiş ölkələr onu geri götürməli olacaq

Türklüyün açıq və gizli düşmənləinin törətdiyi əngəllərə baxmayaraq Tələt Paşa Komitəsi erməni yalanlarına qarşı başladığı savaşı davam etdirəcəkdir. İstanbulda Tələt Paşa Komitəsinin növbəti toplantısı bunu sərgiləyib. Toplantının açılışında keçmiş prezident Əhməd Necdət Sezər, İşçi Partiyasının həbsdə olan başkanı, Tələt Paşa Komitəsinin koordinatoru Doğu Perinçek, İstanbul bələdiyyə başqanı Kadir Topbaşın…

Tam mətn