İrandan başqa (115-ci yer) yaxın qonşularda vəziyyət nisbətən yaxşı olub: Türkiyə (20), Gürcüstan (48), Ermənistan (66), Rusiya (77). Bertelsman Fondunun tədqiqatçıları reytinqi tərtib edərkən ölkələri 17 meyar üzrə qiymətləndirir. Bu meyarlara vətəndaşların siyasi həyatda iştirakı, hüquqi sistemin keyfiyyəti, demokratik institutların sabitliyi, sosial-iqtisadi inkişaf və rəqabətin inkişafı da daxildir. Tədqiqatçılar…
Bu iqtidarı düşdüyü bataqlıqdan buldozerlər də çıxara bilməz
“Oğru olaraq cinayət üstündə yaxalanmış bir iqtidarsınız, oğru olmağınızı ört-basdır etmək üçün nə edirsiniz, hakimləri öz statusunuz çərçivəsinə salmaq istəyirsiz. 12 illik iqtidarınız korrupsiyadan qaynaqlanan lağımlardan təşəkkül tapan bataqlıqlarla doludur. O bataqlığın içinə bir çox rəhbəriniz girib və orada da batıb. Qanunları dəyişdirməklə bu bataqlıqdan çıxmaq istəyirsiniz. Halbuki buldozerlər…
Vladimir Putin miqrantlara qara gün vəd edən qanunu imzaladı
Prezident Vladimir Putin ölkədə miqrantların fəaliyyətini çətinləşdirən qanunu imzalayıb. Putin Rusiya ilə vizasız rejimə malik olan ölkələrin vətəndaşlarına şamil olunan qanun layihəsinə imza atıb və sənəd qüvvəyə minib. Qanun layihəsinin əsas məqsədi Rusiyada qeyri-leqal əmək miqrantları ilə mübarizə aparmaqdır.
Qanuna əsasən Rusiya ilə vizasız rejimə malik ölkələrin vətəndaşları 180 gün ərzində Rusiya ərazisində yalnız 90 gün qala bilərlər. Xarici vətəndaş icazə olmadan 90 gündən artıq Rusiya ərazisində qalarsa, həmin şəxsin ölkəyə girişi 3 il qadağan olunacaq. Əgər xarici vətəndaş fasiləsiz olaraq 90 gün Rusiya ərazisində qalırsa və daha sonra Rusiyanı tərk edirsə, həmin şəxsin ölkəyə girişinə 90 gün müddətinə qadağa qoyulur.
Bu vaxta kimi miqrantlar 3 ay Rusiya ərazisində qalıb, bu müddət tamam olan kimi qonşu ölkələrin birinə gedib sərhədi keçirdilər və daha sonra yenidən Rusiyaya qayıdaraq 90 günlük icazədən istifadə edirdilər. Miqrantlar artıq bu yoldan istifadə edə bilməyəcəklər. 6 ay ərzində Rusiya ərazisində yalnız 90 gün qalmaq mümkündür. Təbii ki, bütün bunlar işləmək üçün rəsmi icazəsi, patenti olan xarici vətəndaşlara aid edilmir.
Miqrantların Rusiyada fəaliyyətini çətinləşdirəcək qanun Azərbaycandan olan miqrantlara da şamil olunacaq. Çünki Azərbaycan da digər MDB ölkələri kimi Rusiya ilə vizasız rejimə malikdir.…
Ankara Türkiyəyə səfəri zamanı Fransua Ollanddan Dağlıq Qarabağ probleminin həllinə dəstək istəyəcək
Türkiyəli diplomatın sözlərinə görə, Fransa liderinin Türkiyə Prezidenti və Baş naziri ilə görüşləri zamanı Dağlıq Qababağ probleminin həlli məsələsinə də toxunulacaq. «Biz sadəcə, Fransa ilə deyil, bütün dünya ölkələri ilə münasibətlərimizdə hər zaman Dağlıq Qarabağ məsələsini ən önəmli məsələ kimi qaldırırıq. Əgər bizim iki milli mübarizəmiz varsa, bunlardan biri…
AŞPA həmməruzəçilərinin naxçıvanlı fəallarla görüşündə söhbət nədən gedib?
Mehdiyev Naxçıvanda toplaşma, birləşmə, ifadə azadlığının pozulması, vətəndaşlara təzyiqlər, öz hüquqlarını tələb edənlərin ruhi xəstəxanaya göndərilməsi barədə məlumat verib. Biznesmen Məhəmməd Qurbanov və onun kürəkəni rüşvət vermədiyinə görə gömrükdə döyülüblər. Mehdiyev özü 2007-ci ildə NMR MTN-də döyülüb və iş üzrə şikayəti Avropa İnsan Hüquqları Məhkəməsinə verilib. Mehdiyev həmməruzəçiləri və…
Suriya Türkmən muxalifəti: İŞİD qaranlıq və rejimlə bağlantılı bir örgütdür
Suriya Millil Koalisyası Türkmən Təmsilcisi Ziyad Hasan bildirib ki, İraq Şam İslam Dövləti qaranlıq və rejimlə bağlantılı bir örgütdür və rejimin lehinə çalışdığı göz önündədir. Əsəd rejiminin IŞİD-i iki nöqtədə kullandığını ifade edən Hasan, birincisinin Suriya içindəki xalqı vurmaq, mücadiləsini baltalamaq ve eyni zamanda Suriya xalqının əsl mücadiləsində yanında yer alan Suriya dostlarını ve…
Vəkil Qabriel Lanski azərbaycanlı məcburi köçkünlərə uğur vəd edir
Vəkil Qabriel Lanski azərbaycanlı məcburi köçkünlərə uğur vəd edir. O deyir ki, “Belə bir tarixi qərar regionda və Azərbaycanın işğal edilmiş ərazilərində gələcəkdə insanların sülh şəraitində birgə yaşaması baxımından böyük hadisə ola bilər”.
«Bugünkü proseslə əlaqədar fikirlərim kifayət qədər optimistdir. Qərarın verilməsi 6 ay çəkə bilər. Qərarın nədən ibarət olacağını təbii ki, yalnız qərar çıxdıqdan sonra biləcəyik, ancaq mən çox optimistəm. Bu prosesdə uğur qazanacağıq”.
APA xəbər verir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Böyük Palatasının «Çıraqov və başqaları Ermənistana qarşı» iş üzrə keçirdiyi prosesdən sonra Azərbaycan tərəfinin vəkili Qabriel Lanski jurnalistlərə açıqlamasında deyib.
Vəkil bildirib ki, iddia tərəfinin əsas strategiyası Strasburq məhkəməsinin son müsbət qərar verməsinə nail olmaqdır: “Belə bir tarixi qərar regionda və Azərbaycanın işğal edilmiş ərazilərində gələcəkdə insanların sülh şəraitində birgə yaşaması baxımından böyük hadisə ola bilər. Bildiyiniz kimi, tək Avropa Şurası deyil, bir çox digər beynəlxalq təşkilat da bu ərazilərin Ermənistan tərəfindən işğal olunduğunu bəyan edib. Bu baxımdan, mən tam əminəm ki, bu proses Ermənistana qarşı aparılmalıdır. Erməni tərəfinin azərbaycanlıların guya Dağlıq Qarabağdakı məhkəmə instansiyalarına şikayət verməli olduqları haqda dedikləri tam əsasızdır. Tam əminəm ki, azərbaycanlılar bu gün nə işğal olunmuş Dağlıq Qarabağ, nə də Ermənistan məhkəmələri qarşısında iddia qaldıra bilərlər. Ona görə də bu işlə bağlı yalnız Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına ehtiyac var.
Hesab edirəm ki, erməni tərəfinin apardığı bu oyun məhkəmə hakimləri tərəfindən qəbul edilməyəcək. Məhkəmənin əlində olan materiallar bizim bu işdə uğur qazanacağımızı tam əminliklə söyləməyə əsas verir. Bu işin 2011-ci ildə məhkəmə tərəfindən icraata götürülməsi haqda qərarı bizim uğur qazanmamız istiqamətində ilk addım idi”.