Müsavat liderinin müşaviri Lənkəranda saxlanılıb
Müsavat Partiyası liderinin müşaviri Yadigar Sadıqov Lənkəranda saxlanılıb. Partiyanın sədr müavini Gülağa Aslanlının Turan-a verdiyi məlumata görə, Sadıqov bu gün 25 iyun hadisəsi ilə əlaqədar yerli polisə çağırılıb. Həmin vaxt DİN-dən polisə zəng edərək, müsavatçıya saxlanıldığını və sabah məhkəməyə çıxarılacağını bildiriblər. Öz növbəsində, DİN mətbuat xidmətinin əməkdaşı Orxan Mənsurzadə bildirib…