Muəllif: Redaksiya

İlham Şaban: «100 illik tariximizdə belə göstərici olmayıb»

Dövlət Statistika Komitəsinin 2012-ci ildə neft və qaz hasilatı ilə bağlı açıqladığı rəqəmlərlə ARDNŞ məlumatları arasında ciddi fərq yaranıb. «Turan» agentliyinin məlumatına görə, Statistika Komitəsi hasil edilən $618 mln. dollarlıq nefti hesaba almayıb. Belə ki, 2012-ci ilin sonlarında ARDNŞ prezidenti Rövnəq Abdullayev ötən il 43,9 mln. ton neft hasil…

Tam mətn
Muəllif: Aynurə Əhmədova

Bu il qiymət artımları ilə yadda qalacaq

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda ötən illərə nisbətən inflyasiyada artım müşahidə olunacaq. Belə ki, bu il inflyasiya 3-5% arasında dəyişəcək. Yeri gəlmişkən, 2012-ci illə müqayisədə bu il ölkədə inflyasiya səviyyəsinin yüksələcəyi Azərbaycan hökumətinin 2 ay əvvəl açıqladığı proqnozlarda da yer alıb. Belə ki, hökumətin proqnozuna görə, 2013-cü ildə inflyasiya…

Tam mətn
Muəllif: Redaksiya

Tikinti şirkətləri vahid təşkilatda birləşəcək

Ölkədə inşaat bumu yaşandığı bir vaxtda, bu sektorun Avropa standartlarına uyğunlaşması vacib sayılır. Tikinti və tikinti materialları istehsalçılarının bir təşkilatda birləşmə ehtimalı Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) tərkibində fəaliyyət göstərən Sənaye və tikinti komissiyasında müzakirə edilib. Qurumdan verilən bilgiyə görə, ASK baş katibi Məhəmmədəli Əfəndiyev bildirib ki, tikinti sektorunda çalışan şirkətlər…

Tam mətn
Muəllif: Aynurə Əhmədova

Dərmanların qiymətini bazar tənzimləyir…

Apteklərdə eyniadlı dərmanlar fərqli qiymətlərə satılır. Bu səbəbdən adamlar aptekləri gəzərək qiymətləri müqayisə edir, sonra alırlar. Bu kimisə təəccübləndirə, kimisə narazı sala bilər. Lakin bazarın, o cümlədən dərman bazarının qaydası belədir. Amma ortaya dərman vasitələri üçün vahid qiymətin tətbiqi mövzusu çıxıb. Hətta SN və İİN bu mövzuda birgə müzakirələrə…

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Sərhəd-keçid məntəqələrində vahid pəncərə sistemi tətbiq ediləcək

İran və Azərbaycan Gömrük komitələrinin rəis müavinlərinin 22 yanvar görüşündə iki ölkənin sərhəd-keçid məntəqələrində vahid pəncərə sistemindən istifadə olunması məsələsi müzakirə olunub və razılıq əldə olunub. Bunu İranın Azərbaycan səfiri Möhsün Pakayin Trend-ə müsahibəsində deyib. Səfir bildirib ki, iki ölkənin sərhəd-keçid məntəqələrində vahid pəncərə sistemindən istifadə etməklə gömrük…

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Özümüz gəmilər inşa edəcəyik

Cari il ARDNŞ Bakıda yeni Gəmiqayırma Zavodunda iki gəmi inşa etmək planlaşdırılır. Bu barədə çərşənbə axşamı Trend-ə neft-qaz bazarındakı mənbə bildirib. Onun sözlərinə görə, hazırda yeni zavodun tikintisi üzrə işlər davam edir və tikinti işlərinin birinci mərhələsini 2013-cü ilin sentyabrınadək yekunlaşdırmaq planlaşdırılır. «Bu, yeni gəmilərin inşası üzrə işlərin başlanılması…

Tam mətn
Muəllif: İsmayıl Umudlu

ZQAN Holding bank bazarını tərk edir

Azərbaycanın ən böyük holdinqlərindən olan ZQAN Holding «Bank of Azerbaijan»ın səhmdar kapitalında öz payının satışını başa çatdırır. Bu barədə çərşənbə axşamı Trend-ə holdinqin İdarə Heyətinin sədri Vaqif Həsənov bildirib. «Demək olar ki, «Bank of Azerbaijan» artıq ZQAN Holding-in tərkibində deyil. Biz payı tərəfdaşımıza — digər səhmdara satmışıq. Bu,…

Tam mətn