Muəllif: Redaksiya

Separatçıların stendi sərgidən yığışdırılıb

İtaliyanın Milan şəhərində hər il keçirilən “Milano Tourism Expo” adlı sərgidə separatçı Dağlıq Qarabağ rejiminin stendi yığışdırılıb. Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin APA-ya verdiyi məlumata görə, separatçılar öz saxta rejimlərini sərgidə ayrıca stenddə təqdim etməyə cəhd göstəriblər, lakin Azərbaycanın İtaliyadakı səfirliyinin səyi ilə stend yığışdırılıb.

Tam mətn
Muəllif: Aynurə Əhmədova

MB: uçot dərəcəsi 0,25 faiz azaldıldı

Mərkəzi Bank uçot dərəcəsini 5 faizdən 4,75 faizə endirib. Bankın yaydığı açıqlamaya görə, bu addım inflyasiyanın aşağı səviyyəsini, pul kütləsinin artım templərini, habelə milli iqtisadiyyatın şaxələnmə prioritetlərini nəzərə alaraq qəbul edilib. MB sonuncu dəfə ötən ilin dekabrında uçot dərəcəsini endirib. Həmin vaxt bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi…

Tam mətn
Muəllif: Redaksiya

İlin sonunda Bakıdan Karsa qatarlar işləyəcək

İlin sonunda Bakıdan Karsa qatarlar işləyəcək. Koordinasiya Şurası fevralın 22-də İstanbulda toplaşır. Azərbaycan və Gürcüstan Bakı-Tbilisi-Kars dəmir yolunun Gürcüstan sahəsinin tikintisi üzrə Koordinasiya Şurası üçün gündəlikdəki bütün məsələlərə dair tam qarşılıqlı anlaşma əldə ediblər. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü nəqliyyat naziri Ziya Məmmədov Tbilisidə görüşün yekununda deyib….

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Bizdə banklar dünyadan 5 il geri qalır…

Avropada, eləcə də qonşu Rusiyada internet bankçılıq sahəsi xeyli inkişaf edib. İnternet və mobil bankçılıq xidmətlərinin bir sıra üstünlüyü vardır. Bu, vaxta qənaət etməklə ümumi xərclərin azaldılmasına imkan verir. İnternet bankçılığı ölkədə və ölkədənkənar istənilən yerdə internetə daxil olaraq sistemlə sərbəst interfeysin yaradılması imkanı verir. Bu prosesdə xidmətdən istifadə…

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Bu il qızıl istehsalı 20% artacaq

Qızıl hasilatı ilə məşğul olan «Anglo-Asian Mining Plc.» şirkəti (Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin operatoru) 2013-cü ildə «Gədəbəy» qızıl yatağında qızıl hasilatını 19,5% artıraraq 2012-ci ildəki 1,56 tondan 1,87 tona və ya 60 min unsiyaya çatdırmağı planlaşdırır. «APA-Economics»in məlumatına görə, şirkətdən bildirilib ki, 2013-cü ildə yataqdan hasil edilən…

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Zərgərlik məmulatlarının çoxunda pozuntular aşkar edilib

Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən 2012-ci ildə aparılmış nəzarət tədbirləri zamanı sahibkarlar tərəfindən satışa çıxarılan zərgərlik məmulatlarının əksər hallarda keyfiyyətinin standartlara uyğun olmaması, əyarların üzərində göstəriləndən aşağı olması və hətta qiymətsiz metallardan hazırlanmış olması halları aşkar edilib. Xidmətdən «APA-Economics»ə verilən məlumata görə, 67…

Tam mətn
Muəllif: İsmayıl Umudlu

“Texnikabank”da dələduzluq və mənimsəmə

“Texnikabank”ın Yasamal rayon filialının müdiri Azad Həsənov və filialın daha bir neçə əməkdaşı həbs olunub. Bu barədə APA-ya Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzinin rəhbəri, vəkil Əsabəli Mustafayev məlumat verib. Mustafayev “Texnikabank”ın Yasamal filialının həbsdə olan müdir müavini Elnur Seyidovla görüşərkən bununla bağlı məlumat aldığını deyib: “Bizdə…

Tam mətn