Muəllif: Redaksiya

Taner Yıldız: «Nabucco West» TAP-dan daha iddialıdır

Xəzər regionundan qazın Avropaya nəqli layihəsi olan «Nabucco West» TAP-dan (Trans Adriatik qaz kəməri) daha iddialıdır. Bu barədə bazar ertəsi Bakıda jurnalistlərə Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız deyib. «Avropaya qaz tədarükü üzrə yekun marşrutunun seçilməsi zamanı nəqldən əldə edilən iqtisadi mənfəət nəzərə alınacaq. Bu mənada «Nabucco…

Tam mətn
Muəllif: Redaksiya

Natiq Əliyev: ölkənin sənayeləşdirilməsinə dair proqram hazırlanıb

Azərbaycan sənayeləşdirmə yolu tutur və bu yolda Güney Koreyanın uğurlu təcrübəsinə əsaslanacaq. Artıq AR Sənaye və Energetika Nazirliyi ölkəmizin sənayeləşdirilməsi üzrə dövlət proqramı hazırlayıb. Sənaye və energetika naziri Natiq Əliyev media mənsublarına bildirib ki, onun başçılıq etdiyi nazilrik bu proqramı Güney Koreya mütəxəssisləri ilə birlikdə, Güney Koreyanın təcrübəsinə əsaslanmaqla…

Tam mətn
Muəllif: Redaksiya

Olimpiya Oyunlarına qədər Bakıda üçulduz otellər tikiləcək

2015-ci il Birinci Avropa Olimpiya Oyunlarına qədər paytaxt Bakıda üçulduz otel çatışmazlığı problemi həll ediləcək. Bu barədə Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirib. Nazir qeyd edib ki, bəzi layihələrə start verilib və gələn ilin ortalarında siz Bakıda 5-6 yeni üçulduz otelin tikintisinin şahidi olacaqsınız. Onlar Oyunların başlanma ərəfəsində fəaliyyətə başlayacaq….

Tam mətn
Muəllif: Aynurə Əhmədova

Azerspace-1: biz 250 milyon xərçləyib, 650 milyon qazana biləcəyikmi?

Azerspace-1-in bütün sınaq prosesləri başa çatdıqdan sonra peykin idarəetməsi peykin istehsalçısı olan ABŞ-ın «Orbital Sciences» şirkəti tərəfindən tamamilə Azərkosmos ASC-yə təhvil verilib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bildirir ki, Azərbaycan mütəxəssislərinə təhvilvermə əməliyyatı martın 15-dən başlayıb və aprelin 2-də bitib. Peyk kommersiya fəaliyyətinə başlamaq üçün artıq tam hazır vəziyyətdədir….

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Bu yay hamı Azərbaycandan turist axını gözləyir, biz isə…

Bu yay hamı bizdən turist axını gözləyir, bizim isə turist cəlb etmək halımız yoxdur. İnfrastruktur o halda deyil. Az-çox imkanlı vətəndaş öz pulunu, deyək ki, Nabranda deyil, hasısa bir xarici ölkədə sərf etməyə üstünlük verəcək. Neft-qaz ölkəsi olan Azərbaycan isə dünyanın gözündə pullu insanların yaşadığı, lakin öz turizm sektorunun…

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Armavia ordudan sonra ikinci ən vacib qurum imiş…

Ermənistanda ordudan sonra ikinci ən vacib qurum Armavia imiş… Bunu özləri belə görürlər. İndi bu qurum çökdü. Qalır ordu. Armavianın iflası ətrafında cərəyan edənlər Ermənistanın necə bir acınacaqlı durumda olduğunu üzə çıxarmışdır. Aviaşirkətin fəaliyyətini dayandırmasından sonra Ermənistanda yük və sərnişindaşıma ilə real məşğul olan heç bir aviaşirkət qalmayacaq. Yəni…

Tam mətn
Muəllif: Aynurə Əhmədova

İpoteka kreditinin şərtləri bəs niyə yüngülləşmədi?

Son bir ayda ipoteka krediti almaq üçün müraciət edənlərin sayında artım müşahidə olunur. Əksəriyyəti isə gənc ailələrdir. Ancaq ipoteka kreditlərini verilməsində hələ də bir sıra problemlər qalmaqdadır. Həm vətəndaş, həm də mütəxəssislər şərtləri yüngülləşdirməyi vacib sayırlar. Bu il sosial ipoteka kreditləşməsi üçün nəzərdə tutulan vəsait yaxın günlərdə İpoteka Fonduna…

Tam mətn