«Halal» sözü yazılıbsa, buna sertifikatı yoxsa, məhsul satışdan yığışdırılacaq
Aprelin 1-dən etibarən AZS 731-2012 (OİC/ SMİİC 1:2011) “Halal qida. Ümumi tələblər” dövlət standartlarına uyğun sertifikatlaşdırılmayan, lakin üzərində “halal” sözü yazılmış məhsulların istehsalı və satışı yasaqdır. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı mətbuata bildirir ki,< > standarta əsasən “halal məhsul”ların sertifikatlaşdırılması üçün sifarişçi…