Muəllif: Redaksiya

İri nominallı pulların dövriyyəyə buraxılması istisna deyil

İri nominallı pulların dövriyyəyə buraxılması istisna olunmur. Mərkəzi Bankın sədri Elman Rüstəmov gələcəkdə pul nişanlarının dizaynının dəyişdirilməsini də istisna etmir, lakin hazırda bu məsələ konkret gündəmdə deyil. E.Rüstəmov bu yaxınlarda manatların yeni dizaynının şəkillərinin internetdə yayılmasına münasibət bildirib: “Bunlar şayiədir və reallığı əks etdirmir. Dünyanın aparıcı ölkələrində 8-10 ildən bir…

Tam mətn
Muəllif: Redaksiya

Bulla-Dənizdə yanan quyu xilas edilib

Bulla-Dəniz yatağında yanan quyu xilas edilib, yanğın isə davam edir. Bulla-Dəniz qaz yatağında baş vermiş bu qəzanın və yanğının aradan qaldırılması üçün texniki hazırlıq işlər görülür. Bu barədə Turan-a Azərbaycan Dövlət Neft Şirkətindən bildirilib. Sentyabrın 3-də ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev qaz quyusunun xilas edildiyini bildirib. “Bizim başlıca məqsədimiz quyunun…

Tam mətn
Muəllif: Redaksiya

AMEA alimləri neftlə çirklənmiş torpaqların təbii yolla təmizlənmə metodunu hazırlayıblar

MEA alimləri neftlə çirklənmiş torpaqların bitki, mikroorqanizm və onurğasızların vasitəsilə təmizlənməsi metodunu işləyib hazırlayıblar.MEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, ot bitkilərindən pencər, yarğanotu, adi yovşan, dəvətikanı, sürünən ayrıq, onurğasızlardan soxulcan kimi tanınan yağış qurdu, mikroorqanizmlərdən isə bəzi bakteriyalar və maya göbələkləri torpaqda ağır…

Tam mətn
Muəllif: Aynurə Əhmədova

Maaşlar artdı, bundan kim daha çox fayda görəcək?

Sentyabrın 1-dən maaşlar, pensiyalar, mavinətlər, tələbə təqaüdləri artırıldı. Bu artıma qane olan da, “azdır” deyənlər də oldu… Əhalinin azmaaşlı, aztəminatlı təbəqəsinin bu yöndə olan gözlənti və istəklərini təbii hesab etməklə yanaşı, həm də əlavə etmək istərdik ki, bu, sadəcə növbəti maaş, pensiya, müavinət artımıdır. İstənilən halda müsbət dəyərləndirilməlidir. Eyni zamanda…

Tam mətn
Muəllif: Redaksiya

Bakıya — bənövşəyi, Sumqayıta — ağ, Gəncəyə — boz rəng seçilib

Taksi xidmətləri sahəsində fəaliyyət göstərən şəxslərin avtomobillərinin rəngi ilə bağlı yeni dövlət standartına keçid tədricən həyata keçiriləcək. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi Fazil Talıblı mətbuata bildirib ki, Nəqliyyat Nazirliyi ilə birgə hazırlanan «Sərnişin stansiya qurğuları və avtomobilləri dövlət standartı»nın tətbiqinə artıq başlanılıb: «Bu fərqləndirici standart bütün…

Tam mətn
Muəllif: Redaksiya

İş adamının fəaliyyətinə qanunsuz müdaxilə edən məmur cəzalanacaq

İş adamlarının fəaliyyətinə qanunsuz müdaxilə edən məmurların inzibati və cinayət məsuliyyətinə cəlb olunması ilə layihə parlamentin payız sessiyasında müzakirəyə çıxarılacaq. İnzibati Xətalar və Cinayət məcəllələrinə ediləcək əlavələr ötən sessiya yeni qəbul olunmuş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanundan irəli gələn şərtlərə əsasən müzakirə olunacaq. Yeni…

Tam mətn
Muəllif: Redaksiya

Azərbaycanlı turistlər daha çox hansı ölkələrə yollanırlar?

Yay turizm mövsümündə azərbaycanlı turistlərin daha çox səfər etdikləri ölkələrin adları və Azərbaycana gələn turistlərin daha çox hansı bölgələrə maraq göstərdikləri açıqlanıb. Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov Trend-ə bildirib ki, ötən illərdə olduğu kimi, bu il də Azərbaycan turistlərinin daha çox səfər etdiyi ölkələrin siyahısına Türkiyə…

Tam mətn