Nəqliyyat da qiymətlərə yenidən baxacaqmı?
Yaxın vaxtlarda Azərbaycanda ictimai nəqliyyatda gedişhaqqının artırılması gözlənilmir. Bu barədə Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov yanacağın qiymətlərinin bahalaşmasının ictimai nəqliyyatda gedişhaqqı qiymətlərinə təsiri barədə suala cavabında Trend-ə bildirib. Onun sözlərinə görə, nazirlik Tarif (qiymət) Şurasına ictimai nəqliyyatda gedişhaqqı qiymətlərinin artırılması ilə bağlı müraciət etməyib. Avtobus sürücülərinin…