Muəllif: Redaksiya

Rusiyaya gedən yeni avtomobil yolu pullu ola bilər

 Yaxın illərdə ölkənin avtomobil yol infrastrukturunda yeniliklər planlaşdırılır. Başqa sözlə, Nəqliyyat Nazirliyi avtomobil yolları şəbəkəsinin müasirləşdirilməsi və genişləndirilməsi, yol təsərrüfatının inkişaf etdirilməsi,  investisiyaların cəlb olunması, müasir standartlara cavab verən avtomobil yollarının tikintisi, eləcə də ölkədə ödənişli yolların çəkilməsini planlaşdırır.

Qurum ilkin variant kimi «İpək yolu»na (Bakı-Gürcüstan sərhədi) paralel çəkiləcək yolun ödənişli kimi istifadəyə verilməsini nəzərdə tutur. Nazirliyin «Azəryolservis» ASC-nin mətbuat xidməti Pünhan Mürsəliyevin «APA-Economics»ə bildirdiyinə görə, avtomobil yolları istifadəçilərinə yüksək xidmətin göstərilməsi, yollarda yüksək sürət rejiminin və təhlükəsizliyin təmin olunması məqsədi ilə yerli və respublika əhəmiyyətli avtomobil yollarında, həmçinin ümumi istifadədə olan bələdiyyə və özəl avtomobil yollarında ödənişli sistemin tətbiqi planlaşdırılır. «Məsələn, hazırda Bakı-Quba yoluna alternativ çəkilən yeni Qəndob-Rusiya sərhədi yolunun 60 km-nin pullu olması variantı nəzərdən keçirilir», — deyə P.Mürsəliyev bildirib.

Bu yolun tikintisi ilə bağlı işlərin 2014-cü ildə yekunlaşdırılacağı gözlənilir.

Ödənişli yollarda gediş haqqı yolun dərəcəsindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı (Tarif Şurası) tərəfindən müəyyən edilir.

Tam mətn
Muəllif: Redaksiya

Gəncə dairəvi avtomobil yolu rəsmən açıldı

  Bu gün Gəncə dairəvi avtomobil yolunun rəsmən açılışı olub. Ü Yolun mövcud 2 zolağının yenidən qurulmasına 2009-ci ildən, digər 2 zolağın tikintisinə isə 2007-ci ilin noyabrından başlanılıb. Yol boyu 4 körpü, 82 ədəd müxtəlif diametrli boru, 4 yol qovşaşı və 8 avtobus dayanacağı inşa olunub. Bundan əlavə, yolun keçdiyi…

Tam mətn
Muəllif: Aynurə Əhmədova

Qızılın qiyməti: qiymətli metaldan qiymətsiz əşyaya doğrumu?

Əslində, 2008-ci ildə müşahidə edilən qlobal maliyyə böhranından sonra qiymətində artım qeydə alınan qızılın 2012 və 2013-cü illərd ciddi dəyər itirəcəyi öncədən proqnozlaşdırılırdı. Böhran qızıla olan tələbatı artırsa da, sonrakı mərhələ bu qiymətli məhsula olan tələbin azalması iqtisadi qanunlara uyğundur. Belə ki, 2008 və 2009-cu illərdə böhranın nəticələrini və…

Tam mətn
Muəllif: Redaksiya

«Şahdəniz-2» layihəsi üzrə yeni müqavilə bağlandı

Müqavilənin bağlanması 17 dekabr tarixində Bakıda imzalanan Mərhələ 2 işlənməsi üzrə yekun investisiya qərarından sonra gerçəkləşib. Müqavilənin dəyəri 365 milyon dollardır. Sözügedən müqavilə çərçivəsində nəzərdə tutulan işlərin 2014-cü ilin yanvar ayında başlanması planlaşdırılır və bu işlərin 2018-ci ildə başa çatacağı gözlənilir. Bu müqavilənin iş həcmi aşağıdakılardan ibarətdir: Bir-biri ilə…

Tam mətn
Muəllif: Redaksiya

Gələn il Xəzəryanı ölkələr nərəkimilərin sənaye məqsədli ovuna getməyəcəklər

Tərəflər bu layihənin konseptual məsələlərini, o cümlədən Xəzərin su bioloji resursları üzrə komissiyanın strukturu, nərəkimilərin ovuna qadağanın tətbiqi mexanizmi üzrə fikir mübadiləsi aparıblar. İclas zamanı saziş layihəsi üzrə gələcək fəaliyyətin qaydaları müəyyən edilib. Sənədin 2014-cü ilin ikinci yarısında Həştərxanda keçirilməsi planlaşdırılan Xəzəryanı ölkələrin dövlət başçılarının IV Xəzər sammitində imzalanmağa…

Tam mətn
Muəllif: Redaksiya

Böyük Şor gölünün ətrafında istirahət zonası yaradılacaq

Böyükşor gölünün idarəçiliyi İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə edilib. Sənədə görə, Böyükşor gölünün istifadəsi və mühafizəsi sahəsində idarəetmə İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə edilir.. Gölün (onun mühafizə zonasının) bərpa edilməsini (o cümlədən göldə (onun mühafizə zonasında) mövcud olan istehsalat və məişət tullantılarının kənarlaşdırılması), mühafizəsini, ekoloji vəziyyətinin yaxşılaşdırılmasını və gələcəkdə ondan…

Tam mətn
Muəllif: Redaksiya

Fiziki şəxslərin əmək müqaviləsi olmadan işə götürülməsinə görə cərimələr artırıldı

İnzibati Xətalar Məcəlləsinə 53.1-ci maddəsinə əsasən, nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan üç min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan…

Tam mətn