Qubad İbadoğlu: İstehlakçı ailə büdcəsini idarə etməkdə çətinlik çəkir
“Düzdür, il ərzində maaşların artırılmasına dair prezident çoxsaylı sərəncamlar imzaladı. Amma bu, seçkilər öncəsi, ilin son üç ayını əhatə etdi və böyük bir məbləğlə ifadə olunmadı,” deyə iqtisadçı maaşlarda artımın əksər hallarda 10 faizi ötmədiyini vurğuladı. Neft hasilatının ötən illərə nisbətən azaldığını qeyd edən İbadoğlu bildirdi ki, Azərbaycan hökuməti…
Qeyri-iş günləri ölkə iqtisadiyyatına zərər vurur: ildə ən azı 1 milyard…
Azərbaycanda qeyri-iş günlərinin çox olması həmişə müzakirə mövzusu olub. Doğrundanmı, biz il ərzində digərlərindən çox istirahət edirik? Başqa ölkələrin təcrübəsinə baxaq. İqtisadçı Samir Əliyevin qısa araşdırması göstərir ki, Azərbaycan kifayət qədər qeyri-iş günləri olan ölkələrdən hesab olunur. Dünyada ən çox qeyri-iş olan bayram günləri Şri-Lankadadır. Bu ölkə vətəndaşlarının məzuniyyətdən…
Ev telefonlarının aylıq abunə tariflərini 25% qaldırmaq heç bir məntiqə əsaslanmır
Amma həm keyfiyyətli İnternet infrastrukturun formalaşmasının qarşısını alan və həm də uzun illərdən bəri formalaşmış stasionar şəbəkədən effektiv istifadənin qarşısını alan mövcud tariflər hələlik qalır. Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz deyir ki, birbaşa İnternet bağlantı xəttinə görə hər 1 kmməsafə üçün aylıq 100 manat tarif, şəhərdaxili rəqəmsal xətlərin qoşulması…
Korrupsiya və tenderlərdə qanunsuzluq ittihamı ilə yeni əməliyyat başlayıb
İzmir Cümhuriyyət Prokurorluğunun təlimatı əsasında korrupsiya, tenderlərdə qanunsuzluq ittihamı ilə yeni həbslər həyata keçirilib.İzmir Cümhuriyyət Prokurorluğu tərəfindən aparılan cinayət işi çərçivəsində bu gün səhər tezdən İzmir, İstanbul, Ankara, Van və Hatayda 25 nəfər saxlanılıb. Onların arasında Dənizçilik, Nəqliyyat və Kommunikasiya Nazirliyinin tabeliyində olan İzmir və İskəndərun limanlarının rəhbərləri, eyni nazirliyin Dövlət Dəmir Yolları İdarəsinin sabiq və indiki məmurları, iş adamları da var. Polis Dövlət Dəmir Yollarının Ankaradakı Baş İdarəsinin binasında axtarış aparıb.
Dənizçilik, nəqliyyat və kommunikasiya naziri vəzifəsindən ayrılaraq AKP-dən İzmir böyük şəhər bələdiyyə başqanlığına namizədliyini irəli sürən Binəli Yıldırım olaya münasibət bildirib. O, əməliyyatın məhz indi – seçki ərəfəsində həyata keçirilməsinin diqqəti cəlb etdiyini söyləyib. Bəzi xəbərlərə görə, Yıldırımın bacanağı da həbs olunacaq. O, hazırda polis tərəfindən axtarılır. Əməliyyat çərçivəsində saxlanılanların ümumi sayının 100-ə çatacağı bildirilir.
Bakı-Tbilisi-Kars dəmiryolu üçün İsveçrədən yeni vaqonlar alınacaq
«Azərbaycan Dəmir Yolları» QSC Bakı-Tbilisi-Kars dəmir yolu marşrutunda yeni sərnişin vaqonları buraxmaq niyyətindədir. Bu məqsədlə şirkət Nəqliyyat Nazirliyinə həmin dəmir yolu üçün beynəlxalq standartlara cavab verən sərnişin vaqonlarının alınması məqsədli dövlət büdcəsindən vəsaitin ayrılmasına dair məktubla müraciət edib.
«Azərbaycan Dəmir Yolları» QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov «APA-Economics»ə bildirib ki, Nəqliyyat Nazirliyinə İsveçrənin «Stadler Rail Group» şirkətindən bu il 30 ədəd dünya standartlarına uyğun olan sərnişin vaqonlarının alınması ilə bağlı məktub ünvanlanıb.
Qeyd edək ki, həmin qatarların Türkiyədə hərəkəti üçün Gürcüstan-Türkiyə sərhəd-keçid məntəqəsində vaqon təkər cütlərinin eninə bazasının avtomatik olaraq 1 520 mm-dən 1 435 mm-ə və əksinə dəyişdirilməsi nəzərdə tutan yeni qurğu quraşdırılacaq.
Suriyada mücahidlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) — “SOCAR”ın avtomobilini ələ keçirdikləri barədə məlumat yayıblar. Bəşər Əsəd qüvvələrinə qarşı Azad Suriya Ordusunun tərkibində vuruşan mücahidlər fotosunu da yaydıqları, üzərində “SOCAR”ın loqotipi əks olunan yanacaqdaşıyan avtomobilin ARDNŞ-ə məxsus olduğunu iddia edirlər.
ARDNŞ mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev isə APA-ya açıqlamasında həmin avtomobilin üzərindəki “SOCAR” loqotipinin saxta olduğunu bildirib: “Bizim Suriyada heç bir biznesimiz yoxdur və təbii ki, bu maşın da bizə aid ola bilməz. Digər tərəfdən fotonu böyüdüb, “O” hərfinə diqqət yetirdikdə, bu loqotipin saxta olduğu aşkar görünür. Başqa ölkələrdə də “SOCAR”ın loqotipinin saxtalaşdırılması hallarına rast gəlinib və bunun qarşısı alınıb. Belə hallar bir daha onu göstərir ki, “SOCAR”-ın işgüzar imici yüksəkdir, onun loqotipindən saxtalaşdırıb istifadə edirlər”. …
“Bahar” şirkəti rəhbərliyi işdən çıxarılan fəhlələrlə danışıqlar aparır
“Bahar” neft-qaz çıxarma əməliyyat şirkətindən azad olunan fəhlələrlə şirkət rəhbərliyi arasında danışılqar gedir. Şirkətin icraçı direktoru Əmir Mahmudzadə işdən azad edilən 100-ə qədər fəhləni qəbul edib, iclas gedir. İçəridən daxil olan xəbərə görə, şirkət rəhbərliyi fəhlələrə azad edilənlərin siyahısının bir daha nəzərdən keçiriləcəyini və tədbirlər görüləcəyini vəd edir. Vədlərə görə,…