Arayışlaşan kreditlər: Səbəb qaytarılmayan kreditlərin 1 milyarda çatmasıdır
Bank qadağaya səbəb kimi, problemli kreditlərin məbləğinin sürətlə artması göstərilir. Bundan başqa, avtomobillərin kreditlə satışına da məhdudiyyət qoyulduğu bildirilir. Bank mütəxəssisləri deyir ki, son illər salonlardan kreditlə götürülən avtomobillərə görə ödənişlərdə ciddi problemlər yaranıb, buna görə də, Mərkəzi Bank avtomobillərin əsasən nağd şəkildə satılmasını və yaxud lizinq yolu ilə…
Ağstafa-Poylu-Gürcüstan dövlət sərhəd avtomobil yolu istifdəqə verildi
Bu gün Ağstafa-Poylu-Gürcüstan dövlət sərhəd avtomobil yolunun açılışı olub. Törəndə nəqliyyat naziri Ziya Məmmədov, “Azəryolservis” ASC sədri Cavid Qurbanov, Qazax və Ağstafa rayon İcra Hakimiyyəti rəhbərləri və ictimaiyyət iştirak ediblər. Yolun uzunluğu 59 km, torpaq yatağının eni isə 12 m təşkil edir: “2011-ci ildən yolun əsaslı təmirinə başlanılıb. Yol 3-cü texniki…
Sifariş verdiyimiz 24 ədəd Mi-35M helikopterinin hamısı gətirilib
Rusiya Azərbaycanın sifariş verdiyi Mi-35M döyüş helikopterlərinin çatdırılmasını tamamlayıb. Azərbaycanın 2010-cu ilin sentyabr ayında sifariş verdiyi 24 ədəd Mi-35M helikopterinin hamısı ölkəyə gətirilib. Helikopterlərlə yanaşı Azərbaycan tərəfi pilot heyətə təlimlərin keçirilməsi üçün Rusiyadan Mi-35M helikopterlərinin simulyatorlarını da alıb. Dövlət Sərhəd Xidmətinin sifariş verdiyi Mi-35M helikopterlərinin Azərbaycana gətirilməsinə 2011-ci ilin…
İxtisara düşən neftçilər barədə Proqram qəbul olunub
Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev yanvarın 17-də Şirkətin bəzi müəssisələri üzrə «sərbəstləşən işçilərin sosial dayanıqlığının təmin olunması» üçün tədbirlərin görülməsi barədə əmr imzalamışdır. Şirkətin mətbuat xidmətindən yayılan xəbərə görə, əmrdə bildirilir ki, milli neft şirkəti kimi beynəlxalq aləmdə rəqabət qabiliyyətinin artırılması, fəaliyyətinin səmərəliliyinin təmin edilməsi və aparıcı neft…
«Bank Respublika»nın aparıcı kredit mütəxəssisi Murad İbrahimli banker.az portalına açıqlamasında bildirib ki, kommersiya bankları tərəfindən ipoteka kreditlərinə qoyulan əlavə şərtlər mənzilin dəyərini daha da bahalaşdırır. Belə ki, vətəndaş 50 faizə yaxın ilkin ödəniş etməyə məcbur edilir. Müvəkkil banklar tərəfindən verilən vəsait hesabına isə mənzilin dəyərinin yalnız 50 faizini ödəmək…
Qaz infrastrukturunu Azərbaycan və NATO birgə qoruyacaqlar
Xəzər yataqları və Avropa arasında qaz kəmərinin təhlükəsizliyinin təminatı gələcəkdə NATO-Azərbaycan əməkdaşlığının mühüm istiqamətlərindən biri olacaq. Bu barədə yanvarın 15-də Brüsseldə keçirilən birgə mətbuat konfransında NATO-nun baş katibi Anders Foq Rasmussen və Azərbaycan prezidenti İlham Əliyev bildiriblər.
Qeyd etmək lazımdır ki, artıq Avropa məkanında Azərbaycan qaz kəməri infrastrukturu kimi formalaşıb, bu, Gürcüstan və Türkiyə ərazisindən keçir və ildə bu kəmərlə 5 mlrd. kubmetr qaz nəql olunur.
“Şahdəniz” yatağından ildə 30 mlrd. kubmetrədək qazın nəqli üçün 2018-ci ilədək kəmər genişləndiriləcək….
Qanunsuz yoxlama aparan məmur cinayət məsuliyyətinə cəlb ediləcək
Parlament yaz sessiyasında sahibkarların fəaliyyətinə müdaxilə edən məmurlarla bağlı Cinayət və İnzibati Xətalar məcəllələrinə yeni məsuliyyətlərlə bağlı əlavələri müzakirə edəcək. Bu, ötən ilin yaz sessiyasında Azərbaycanda yeni qəbul olunmuş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun tələblərini pozan yoxlayıcı məmurların cinayət və inzibati məsuliyyətə cəlb olunması ilə bağlı müvafiq olaraq hər iki məcəlləyə müvafiq maddələr əlavə olunacaq.
Bu maddələrə görə, yeni qanunda təsbit olunan risk qruplarına müvafiq olaraq təyin olunmuş vaxtdan kənar sahibkarları mexaniki və inzibati yanlışlıq üzündən yoxlayanlar inzibati məsuliyyətə cəlb olunacaq. Bura müvafiq olaraq müxtəlif dərəcəli inzibati cəza tədbirləri, maaşların müvafiq mislində cərimələr, eyni zamanda vəzifədən azad olma daxildir. Bilərəkdən, vəzifəsindən sui-istifadə edərək yoxlayanlar, sahibkarın fəaliyyətinə ciddi zərər vuranlar isə cinayət məsuliyyətinə cəlb olunacaqlar. Bununla bağlı Cinayət Məcəlləsinə nəzərdə tutulan əlavələr arasında azadlıqdan məhrumetmə də var ki, bura ictimai işlərlə yanaşı, işin motivindən asılı olaraq 1, 3 və 6 ilə qədər azadlıqdan məhrum etmə ilə bağlı təkliflər də daxildir. Məcəllələrə edilən əlavələrlə bağlı layihə qanunun tam olaraq qəbulundan dərhal sonra müzakirəyə çıxarılacaq.
Yeni qəbul olunmuş qanunda üç risk qrupu müəyyənləşib. Yüksək risk qrupuna aid sahibkarlara ildə bir dəfədən çox olmayaraq, orta risk qrupunda — iki ildə bir dəfədən çox olmayaraq, kiçik risk qrupunda — üç ildə bir dəfədən çox olmayaraq, plan üzrə, yoxlamanın müddəti orta və kiçik sahibkarlara münasibətdə 5 gün olmaqla, iri sahibkarlara münasibətdə isə 10 gündən artıq olmamaqla aparılır. Plandankənar yoxlama isə müvafiq olaraq iri sahibkarlara münasibətdə 5 gündən, orta və kiçik sahibkarlara münasibətdə 3 gündən artıq olmamalıdır. Həmçinin yoxlamaların elektron uçotu aparılmalıdır.