Niyaz Nəcəfovdan «Sümüklərin rəqsi»
Azərbaycanlı rəssam Niyaz Nəcəfovun Londonda fərdi sərgisi açılacaq. «Sümüklərin rəqsi» adlı bu sərgidə Niyaz Nəcəfov özünün son illərdə yaratdığı rəngarəng rəsm əsərlərini incəsənət həvəskarlarına təqdim edəcək. Sərgi yanvarın 18-dən martın 7-dək davam etməlidir. Sərgidə rəssamın kətan üzərində çəkilmiş qaranlıq üslubu və fərqliliyi əks etdirən əsərləri nümayiş olunacaq. Rəssamın yağlı…