Həmidə Ömərova: “Ömrümün sonunadək onu qəhərlə xatırlayacağam”
Uzun illərdir kino sənətində qəhrəmanların dilində danışan xalq artisti Həmidə Ömərova təravətini hələ də simasında qoruyur və ekrana yansıdır. Bunu tək biz demirik. Özü isə bunu yumorla qiymətləndirir: — Gerçək sözündür, yoxsa zarafatdır? (gülür). Axı siz jurnalistlər üzümüzə kompliment deyir, amma ürəyinizdə fikirləşirsiniz ki, nə tez qocaldın sən! Əvvəllər…