Muəllif: Redaksiya

Quyu qazdıranda iri bir küpə rast gəldi

Ağdam rayonunda həyətyanı sahədə təsərrüfat quyusu qazdıran rayon sakini yerin alt qatından böyük bir küp tapıb. Bu qədim əşya rayonun Üçoğlan kəndində Gözəlovlar ailəsinə məxsus həyətyanı sahədə 1,5 metrlik dərinlikdən tapılıb. Ev sahibi Hafiz Gözəlov bildirib ki, təsərrüfat üçün qazdığı quyudan küpü səliqə ilə çıxarıb və aidiyyəti qurumlara xəbər…

Tam mətn
Muəllif: Redaksiya

İsa Həbibbəyli: Akademiyanın təşkilat modeli kimi yaşaması daha düzgündür

Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli düşünür ki, Akademiyanın durğunluq dövrü bitib, ətalət dövrü başa çatıb. Və istisna etmir ki, akademiyada çalışanların heç də hamısı istedadlı adamlar deyil. APA-ya müsahibəsidə Həbibbəyli milli ədəbiyyatımızın bu və digər təzahürlərinə münasibət bildirib. — Akademiyanın ictimai və humanitar bölməsi üzrə vitse-prezidenti seçildikdən…

Tam mətn
Muəllif: Zəminə Rüstəmova

Eldar Mansurov: İndi sənətdə tanınmağın meyarları dəyişib…

Bəstəkar Eldar Mansurovun qəlb oxşayan mahnıları könülləri dolaşır. Onun bəstələri neçə-neçə xarici musiqi saytlarının da bəzəyidir. Musiqimizin indiki durumu barədə həqiqi söz eşitmək istədikdə çox zaman Eldar müəllimə müraciət edirlər. Çünki səmimidir, gerçək olanı deyir. — Ciddi bəstəkar əsərlərinin dinləyicisi azdır. Niyə? — Hər yerdə şou hökmrandır. Bilirsinizmi, pul…

Tam mətn
Muəllif: Redaksiya

V Qəbələ Beynəlxalq Musiqi Festivalı iyulun 24-də başlanır

Ənənəvi — V Qəbələ Beynəlxalq Musiqi Festivalı iyulun 24-də başlanır və avqustun 6-dək davam edəcək. Festivalda Azərbaycandan və xarici ölkələrdən adlı-sanlı musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər. Festivalda Rusiya, Türkiyə, Böyük Britaniya, ABŞ, İtaliya, Fransa, Koreya, İsrail, Litva, Kuba, Qazaxıstandan dünya şöhrətli dirijorlar, musiqiçilər və kollektivlər — Yerusəlim…

Tam mətn
Muəllif: Redaksiya

Rejissor Elmar İmanov erməni festivalının mükafatını alıb

Almaniyada yaşayan azərbaycanlı rejissor Elmar İmanov Ermənistanda keçirilən “Qızıl ərik” kinofestivalının xüsusi mükafatına layiq görülüb. Ermənistan KİV-i mükafatın adını dəqiqləşdirmir. Yalnız o məlumdur ki, rejissor Yerevana dəvət almayıb. Yarımsaatlıq film ata və ruhi xəstə olan oğul arasındakı gərgin münasibətlərdən bəhs edir. Film 2011-ci ildə Bakıdan 55 km. aralıda yerləşən Cəngidə…

Tam mətn
Muəllif: Redaksiya

Eskişehirdə azərbaycanlı rəssamın sərgisi açılıb

Eskişehirdə XVI TÜRKSOY Rəssamlar Görüşündə azərbaycanlı rəssam Məhsəti İbrahimova da iştirak edib.
TÜRKSOY-un təşkilatı ilə keçirilən görüşdə Azərbaycanla yanaşı 18 ölkədən dəvətli rəssamlar iştirak edirlər. Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Rusiya, Moldova kimi ölkələrdən rəssamlarının iştirak etdiyi bu görüş çərçivəsində rəsm sərgisi açılıb. Sərgi Odunpazarı Kültür Mərkəzində açılməşdır.

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Türk oğlu Türk Kürdoğlu

Dağların qoynunda bir kənd qaldı… Birmi kənd qaldı? Böyük bir rayon, onun da neçə-neçə kəndi qaldı… Kəndlə bərabər xatirələr, sahibsiz heyvanlar, gözü yolda olan məzarlar, kimlərinsə ilk məhəbbəti, kimlərinsə “göbəyinin kəsildiyi, kirli suyunun töküldüyü” yurd qaldı… Bir də heç vaxt sönməyən, ölməyən ümid qaldı… Qaldı ki, zaman-zaman o xatirələr…

Tam mətn