Muəllif: Redaksiya

Bir qumbara — 100 manat…

Yasamal rayon sakini Zaur Tağıyev qumbara alveri üstündə tutulub.
DİN mətbuat xidmətinə istinadən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər Yasamal rayon sakini Zaur Tağıyev 6 ədəd «F-1» qumbarasını və ona aid 6 ədəd alışdırıcını satarkən tutulub. Tağıyev bu satışdan 600 ABŞ dolları qazanacaqmış.

Tam mətn
Muəllif: Redaksiya

Vətəndaşla təmir müqaviləsi bağlayıb, pulları basıb yeyib

Vətəndaşların külli miqdarda pulunu mənimsəmiş «Repair House» MMC-nin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb. Baş Prokurorluqdan bildirilir ki, «Repair House» MMC vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş materiallar araşdırılıb. Müəyyən edilib ki, MMC-nin direktoru Məhəmməd Alməmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə cəmiyyətin digər…

Tam mətn
Muəllif: Redaksiya

3 yaşlı uşağı döyərək öldürdü və qaçdı

Bu müdhiş hadisə Kürdəmirdə baş verib. 3 yaşlı uşaq döyülərək öldürülüb. DİN saytına istinadən, mayın 9-na keçən gecə əvvəllər məhkumluq həyatı yaşamış Qeyrət Süleymanov ailə münaqişəsi zəminində qeyri-rəsmi nikah münasibətlərində olduğu Ruhiyyə Mahmudovanın qızı, 3 yaşlı Mələyi döyərək qətlə yetirib və hadisə yerindən qaçıb. Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən…

Tam mətn
Muəllif: Redaksiya

77 yaşlı qocanı öldürən «igidlərə» — 15 il və 14 il

Tamah məqsədilə 77 yaşlı kişini qətlə yetirən şəxslər cəzalarını aldılar. Xüsusi amansızlıqla ağır qətl hadisəsi törətməkdə təqsirli bilinən Mingəçevir şəhər sakinləri Kamran Rüstəmov və Orxan Rüstəmovun cinayət işi ikrah doğururdu. Bu şəxslər ötən il fevralın 28-də Mingəçevir şəhər sakini 77 yaşlı Əfsər Abdurəhmanovu yaşadığı mənzilində çoxsaylı bıçaq zərbələri vuraraq qətlə…

Tam mətn
Muəllif: Redaksiya

Dələduz müəllimin işinə məhkəmə baxacaq

Dələduzluqda təqsirləndirilən müəllimin cinayət işi məhkəməyə göndərilib. Söhbət Təhsil Nazirliyinin adından istifadə etməklə dələduzluq və digər cinayət əməli törətməkdə təqsirləndirilən məktəb müəllimi Asəf İsmayılov və onun tanışı İsaməddin Daşdəmirovun cinayət əməlindən gedir. İş üzrə ibtidai istintaq başa çatıb və hər şey sübuta yetirilib. Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq….

Tam mətn
Muəllif: Redaksiya

İş adamını öldürənə 15 il oxudular

Qəsdən adam öldürməkdə və digər cinayətlərdə təqsirləndirilən Türkel Əsədullazadənin cinayət işi üzrə məhkəmə prosesiBakı Ağır Cinayətlər Məhkəməsində başa çatıb. Çıxarılan hökmə əsasən, T. Əsədullazadə 15 il müddətinə azadlıqdan məhrum edilib. Ötən il iyunun 5-də saat 15.00 radələrində Suraxanı rayonunda fəaliyyət göstərən “Altun” istirahət mərkəzinin sahibi Asif Əsədullazadənin oğlu Türkel həmin…

Tam mətn
Muəllif: Redaksiya

Kollec direktorunun həbs müddəti 3 ay da uzadıldı

Bakı Dövlət Sosial İqtisad Kollecinin rüşvətxorluqda təqsirləndirilən direktoru və digər 3 əməkdaşı barəsində həbs-qətimkan tədbirinin müddəti 3 ay uzadılıb. Nəsimi Rayon Məhkəməsi istintaq orqanının verdiyi vəsatəti təmin edib. Bir müddət öncə Bakı Dövlət Sosial İqtisadi Kollecində antikorrupsiya əməliyyatı zamanı kollecin direktoru Mübariz Mahmudov, onun bacısı oğlu, kollecin qiyabi təhsil şöbəsinin…

Tam mətn