Muəllif: Redaksiya

Arvadını və gəlinini bıçaqlayıb öldürdü

Hadisə paytaxtın Şüvəlan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 55 yaşlı Valeh Vaqif oğlu Bayramov ailə münaqişəsi zəminində həyat yoldaşı, 49 yaşlı Gülnarə Mürsəl qızı Bayramovanı və gəlini, 24 yaşlı Sahilə Akif qızı Bayramovanı bıçaqlayaraq qətlə yetirib.
Hadisəni törədən Valeh Bayramov saxlanılıb. İstintaq gedir.

Tam mətn
Muəllif: Redaksiya

Baldızını bıçaqlayanı taxta parçası ilə vurub öldürdülər

Ağcabədi rayonunda baldızını bıçaqlayan şəxs öldürüldü. Hadisə rayonun Qaravəlli kəndində qeydə alınıb. Kənd sakini, 45 yaşlı İslam Əliyev qayınatasının evində ailə münaqişəsi zəminində baldızı, 33 yaşlı Əfruz Əmiraslanovanı bıçaqlayıb. Hadisəyə müdaxilə edən Əfruzun qohumu 42 yaşlı Qabil Heydərov isə taxta parçası ilə İslamı vurub. İslam Əliyev aldığı xəsarətdən keçinib. Hadisəni…

Tam mətn
Muəllif: Redaksiya

Quldur dəstəsi yaxalandı

Bakı şəhər sakininə qarşı quldurluq etmiş şəxslər tutulub.DİN bildirir ki, iyunun 26-da Babək prospektində Ramil Quliyevə məxsus Opel markalı avtomaşına oturmuş 5 naməlum şəxs onu boğmağa cəhd göstərib, döyərək pul verməsini tələb ediblər. Ramil pulu olmadığını dedikdə isə düşərək gediblər. Xətai rayon 37-ci Polis Bölməsi əməkdaşlarının əməliyyatr tədbirləri nəticəsində paytaxt…

Tam mətn
Muəllif: Hacı Zeynalov

İrandan gətirilən heroini nə qədər dərində basdırsan…

İrandan gətirilən narkotiki nə qədər dərində basdırsan, o qədər tez üzə çıxar. Axı bu cinayətdir və bir gün işığa cıxmalıdır. İrandan gətirilən narkotik vasitəni saxlamaqda və satmaqda təqsirli bilinən Cəlilabad sakini Rəşad Məlikovun (1989) cinayət işi üzrə məhkəmə başa çatıb. …Rəşad Məlikоv həmkəndlisi Vidadi Quliyеv və digərləri ilə qаbаqcаdаn əlbir…

Tam mətn
Muəllif: Hacı Zeynalov

Futbola görə əmisini öldürdü, 13 il 6 ay cəza aldı

Adam öldürməkdə təqsirli bilinən Masallı rayon sakini, 20 yaşlı Oqtay Mahmudovun cinayət işi üzrə məhkəmə başa çatıb. İttihama görə, 2012-ci il sentyabrın 25-də 1956-cı il təvəllüdlü Mahmudağa Mahmudov yaşadığı evin həyətində qardaşının nəvəsi, 20 yaşlı Oqtay Mahmudov tərəfindən bıçaqlanılıb. O, aldığı xəsarətdən dünyasını dəyişib. Araşdırmalar zamanı müəyyən edilib ki, qətlə…

Tam mətn
Muəllif: Redaksiya

Rüşvətxor bağça direktoruna 4 il şərti cəza verildi

Korrupsiya cinayətində ittiham olunan Xırdalan şəhər 17 saylı uşaq bağçasının direktoru Lalə Əmirovanın cinayət işi üzrə məhkəmə başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsindən verilən məlumata görə, məhkəmənin hökmü ilə Lalə Əmirova barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq etməklə 4 il müddətinə şərti cəza təyin edilib (Trend). İtttihama…

Tam mətn
Muəllif: Redaksiya

Şirkətə 65 min manatdan çox ziyan vuranlara cinayət işi açıldı

«Kazbeqi Azərbaycan» MMC-yə məxsus əmlakın mənimsənilməsi faktı üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində CM 179.2.3 (mənimsəmə, külli miqdarda törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Baş Prokurorluğun mətbuat xidməti bildirir ki, MMC-də 2012-ci ilin yanvar-iyun aylarında sürücü-ekspeditor vəzifəsində işləmiş Tural Əfəndiyev və başqaları onlara…

Tam mətn