Muəllif: Redaksiya

Qadını qəbiristanlıqda öldürən keçmiş polis işçisi imiş…

Qəbiristanlıqda törədilən ağır qətl hadisəsinin üstü açılıb. Suraxanı 31-ci Polis Bölməsinin araşdırmaları nəticəsində qətlə yetirilən qadının Nazilə Nüsrət qızı Əmrahova (1968) olduğu müəyyənləşib. Suraxanı polisi müəyyən edib ki, Əmrahovanı tanışı Zeynal Sadıqov (1970) bıçaqlayaraq öldürüb. Sadıqov tutulub və polisə verdiyi ilkin ifadəsində N. Əmrahovanı borc üstündə öldürdüyünü etiraf edib. Sadıqov…

Tam mətn
Muəllif: Redaksiya

İranlının terrorçuluq, casusluq, narkotik alveri… əməlləri

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda terror hadisələri həyata keçirmək istəyən və casusluqda ittiham olunan İran vətəndaşı Feyzi Bəhrəm Həsən oğlunun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib. Prosesin baxış iclası sentyabrın 13-nə təyin olunub. Feyzi Bəhrəm Həsən oğlu CM 214-ci (terrorçuluq), 206-cı (qaçaqmalçılıq), 276-cı (casusluq) və 234-cü (qanunsuz olaraq…

Tam mətn
Muəllif: Redaksiya

Azəriqaz işçisinin dələduzluq əməlləri üzə çıxıb

Azəriqaz İB Kürdəmir Qaz istismar sahəsi əməkdaşının dələduzluq əməlləri üzə çıxıb. Baş Prokurorluq mətbuat xidməti bildirir ki, Kürdəmir Qaz istismar sahəsinin baş mühəndisinin qanunsuz hərəkətləri barədə Baş Prokurorluğa daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb. Sahənin baş mühəndisi Orxan Məmmədovun öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən…

Tam mətn
Muəllif: Redaksiya

İtaliya Rövşən Lənkəranski barədə beynəlxalq axtarış verdi

İtaliya məhkəməsi azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranski barəsində beynəlxalq axtarış elan edib. APA-nın məlumatına görə, bu barədə İnterpolun rəsmi internet səhifəsində məlumat yerləşdirilib. Məlumatda qeyd edilir ki, Azərbaycanın Lənkəran rayonundan olan, 38 yaşlı Rövşən Canıyev mütəşəkkil cinayətkarlıq, qəsb, rüşvətxorluq, çirkli pulların yuyulması və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilinir. R. Canıyevin…

Tam mətn
Muəllif: Redaksiya

Yeni «şeyx nəsrullahlara» cinayət işi açıldı

Hələ də «şeyx nəsrullahlar» var, hələ də onlara inanıb tələyə düşən «ölülər» var. Budur,Baş Prokurorluq “Az Palinure İnternational” MMC-nin vəzifəli şəxslərinin timsalında yeni «şeyx nəsrullahlara» cinayət işi başlayıb. “Az Palinure İnternational” Məhdud Məsuliyyətli Cəmiyyətin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin 161 saylı “Qaynar xətt”…

Tam mətn
Muəllif: Redaksiya

Adam oğruları uzun müddətliyə barmaqlıq arxasına göndərildilər

Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirli bilinən Vüsal İsbatov, Mirsəfa Mirbabalı, Əliağa Mirzəyev və Nübar Tarverdiyevanın cinayət işi üzrə məhkəmə başa çatıb. Onlardan Əliağa Mirzəyev 13 il 6 ay, Vüsal İsbatov 12 il 6 ay, Mirsəfa Mirbabalı 11 il, Nübar Tarverdiyeva 9 il müddətinə azadlıqdan məhrum ediliblər. İttihama görə,…

Tam mətn
Muəllif: Redaksiya

Goranboyda 1 adamıi öldürüb, 3 adamı yaralayan dəstə tutuldu

Goranboy rayonu ərazisində 4 vətəndaşa bıçaq xəsarətləri yetirmiş şəxslər saxlanılıblar. DİN saytı xəbər verir ki, sentyabrın 2-də Goranboy rayonu Veyisli kəndinin ərazisindən kənd sakinləri Səxavət Nağıyev, onun oğlu İxtiyar, qardaşları Mürvət və Şükür bıçaq xəsarətləri ilə xəstəxanaya gətiriliblər. Səxavət Nağıyev orada ölüb. Faktla əlaqədar cinayət işi başlanıb. DİN-in Növbətçi Hissələri…

Tam mətn