Muəllif: Redaksiya
Sumqayıtda dini qruplaşmalar arasında baş verən silahlı insidentlə bağlı bir nəfər də tutulub
Daxili İşlər Nazirliyinin Sumqayıtdakı son həbslərlə bağlı yaydığı açıqlamaya istinadən, polis və prokurorluq orqanları əməkdaşlarının istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 11-də Sumqayıtda baş vermiş silahlı münaqişədə iştirak edən şəhər sakinləri Elçin Əkbərov və əvvəllər məhkum olunmuş Vüqar Abdullayev tutulublar.
Abdullayevin evinə baxış zamanı oradan baraban tipli tapança, 47 ədəd müxtəlif çaplı patron, 2 bıçaq, 1 ədəd dəmir dəyənək, qanunla qadağan olunmuş müxtəlif məzmunlu 134 ədəd dini ədəbiyyat və 81 disk aşkar edilərək götürülüb.
Bununla da dini qruplaşmalar arasında baş verən silahlı insidentlə bağlı tutulanların sayı 16-a çatıb.
Bildirilir ki, 1979-cu il doğumlu Elçin Əkbər oğlu Əkbərov “Vəhhabilər”inin lideri kimi tanınır. Dekabrın 11-də Sumqayıtda “xəvarici”lərlə «sələfi»lər arasında baş vermiş silahlı münaqişənin əsas təşkilatçılarından biri olub. Əkbərovdan xeyli sayda silah-sursat və qadağan olunmuş dini ədəbiyyat götürülüb.
Daha kimlərinsə həbs ediləcəyi istisna deyildir.
Qeyd edək ki, dekabrın 11-də Sumqayıtda “xəvarici”lərlə «sələfi»lər arasında baş vermiş silahlı münaqişə nəticəsində şəhər sakinlərindən Anar Rəhimov və Elmar Məmmədli bıçaq xəsarətləri, Təzə Corat qəsəbəsinin sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev isə qəlpə yaraları alıblar.
…
Tam mətn