Muəllif: Redaksiya

Polisə gətirilən qadın dəhşətli cinayətin üstünü açıb

Araşdırma zamanı Məmmədova yanvar ayının 11-də tanışı Rasim Fətəliyevlə birgə Ucar rayon sakini Siyarə Abdullayevanın evindən oğurluq etmələrini etiraf edib. Məmmədova sonrakı araşdırmalar aparılması üçün Ucar Rayon Polis Şöbəsinə təhvil verilib. Ucar RPŞ-də Məmmədovanın tanışı Fətəliyevlə birgə Ucar rayon sakini Siyarə Abdullayevanın evindən üzərində 15 qızıl diş olan protezi…

Tam mətn
Muəllif: Redaksiya

Foto-studiyada caxta əskinaslar kəsirmişlər

Şirəliyevin idarə etdiyi Kia-Rio markalı avtomobilə baxış zamanı oradan 4 ədəd 20 manatlıq, 2 ədəd 10 manatlıq saxta əskinaslar aşkar edilərək götürülüb. Şirvan şəhərinin ərazisində Şirəliyevin icarəyə götürdüyü Foto Uğur studiyasına baxış zamanı isə saxta əskinasların çap edildiyi skaner-printer, video-çəkiliş qeydlərinin aparıldığı DVR sistem bloku aşkar edilərək götürülüb. Cinayət işinin başlandığı…

Tam mətn
Muəllif: Redaksiya

Evində əxlaqsızlıq yuvası təşkil edən bağça müdirinin «biznesi» çökdürülüb

Evində əxlaqsızlıq yuvası təşkil etməklə pul qazanan Tərtər şəhər sakini İzahət Bəhram qızı Axundova  (1958) saxlanılıb. Bəlli olub ki, bu «pedaqoq» Tərtər rayon sakini 25 yaşlı Pərvin Tağızadəni və Bərdə rayon sakini Vəfa Qocayevanı öz evində gəlir əldə etmək məqsədi ilə müəyyən məbləğ qarşılığında kişilərə təklif edib. Aparılan əməliyyat tədbirləri zamanı İzahət Axundovanın evində qızlarla bərabər Anar Hüseynov və Tofiq Həsənov adlı şəxslər də yaxalanıb.

Tərtər rayon Polis Şöbəsində aparılan dindirilmələr zamanı qızlar öz ifadələrində deyiblər ki, oğlanlarla görüşmələri müqabilində hər birinə 50 manat məbləğində pul verilib. Tərtər rayon Polis Şöbəsindən isə bildirilib ki, İzahət Axundova Anar Hüseynov və Tofiq Həsənovdan 250 manat pul alıb. Həmin puldan qızlardan hər birinə 50 manat verib. Qalanını özünə götürüb.

Araşdırmalar zamanı o da məlum olub ki, evində əxlaqsız yuvası təşkil edən İzahət Axundova rayon ərazisində fəaliyyət göstərən uşaq bağçalarından birinin müdiridir. Faktla bağlı cinayət işinin açıldığı, araşdırma aparıldığı bildirilir.

Tam mətn
Muəllif: Redaksiya

Oğuzda mal-qara oğruluğu ilə məşğul olanların yaxası ələ keçib

Oğuzda mal-qara oğruluğu ilə məşğul olan Yevlax rayon sakinlərindən ibarət qrup zərərsizləşdirilib.  Oğuz rayon Padar kənd sakini natiq Qasımov yaşadığı evin həyətyanı sahəsində tikilmiş mal tövləsindən 1 baş iribuynuzlu malın oğurlanması barədə rayon Polis Şöbəsinə müraciət edib. Axtarış-əməliyyat tədbirləri nəticəsində Natiq Qasımova məxsus 1 baş iribuynuzlu malın Yevlax rayonu Ərəş kənd sakinləri, 34 yaşlı Ramiz Şərifov, 27 yaşlı əvvəllər məhkum olunmuş Rasim Şərifov və ömrünün 14 ilini məhkumluq həyatı yaşayan  Cabir Adıgözəlov tərəfindən oğurlanması məlum olub. Keçirilmiş tədbir nəticəsində hər üç şəxs tutularaq Oğuz RPŞ-ə gətirilib. Onların ətrafında aparılan istintaq zamanı məlum olub ki, həmin şəxslər əvvəlcədən əlbir olaraq 22 dekabr 2013-cü il gecə saat 03 radələrində Ağdaş rayon Qumlaq kənd sakini Hüseyn Kərimova məxsus 2 baş və Oğuz rayon Ərimənət kənd sakini Eyvaz Hüseynova məxsus bir baş iribuynuzlu mal-qaranı oğurlayıblar.

Oğuz rayon PŞ-dən APA-ya o, da bildirilib ki, oğruluqla məşğul olan dəstənin iki üzvü Ramiz və Rasim qardaşdırlar. Faktla bağlı CM-nin müvafiq maddələri ilə cinayət işi başlayıb, araşdırma aparılır. 

 …

Tam mətn
Muəllif: Redaksiya

Kafe sahibindən rüşvət istəyən «satirik» hakim qarşısına çıxarılıb

Sumqayıt Şəhər Məhkəməsində “İynə” satirik jurnalının həbsdə olan baş redaktoru Baloğlan Mirzəlinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Mirzəlinin vəkili Anar Qasımlının APA-ya verdiyi məlumata görə, hazırlıq iclasında məhkəmə baxışının vaxtı yanvarın 29-na təyin edilib.

Mirzəli Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü bölməsinin əməkdaşları tərəfindən həbs olunub.  Mirzəli 26 noyabr 2013-cü il tarixində izahat alınması üçün  bölməyə çağırılıb və 28 noyabr 2013-cü il tarixdə haqqında bir ay müddətində həbs qətimkan tədbiri seçilib. Buna səbəb kimi onun Bakı-Sumqayıt şosesində yerləşən “Turac” kafesinin sahibindən rüşvət istəməsi göstərilib.

«Satirik» Cinayət Məcəlləsinin 182.1 (hədə-qorxu ilə tələb etmə) maddəsinə əsasən ittiham olunur. 

 

 …

Tam mətn
Muəllif: Redaksiya

Öldürülən biznesmen şair və seksual manyak imiş…

İstintaq zamanı Şahvələd İmanova iş adamının öldürməsi sifarişinin Bakı şəhər sakini Aydın Rüstəmovun verdiyi müəyyən edilib. Mirəli Həqzadəni tanışı Aydın Rüstəmov qisas məqsədi ilə öldürülməsini sifariş verib. Aydın Rüstəmov iş ortağı olan Mirəli Həqzadənin onun yaxın qohumu olan qadınla zorla cinsi əlaqədə olmasını öyrənib. Bundan sonra araşdırmalar aparan Aydın…

Tam mətn
Muəllif: Redaksiya

Narkotiklər İrandan gələn bu iki vətəndaşın corablarından çıxıb…

İrandan Azərbaycana narkotik vasitələrin gətirilməsi ilə bağlı iki cəhdin qarşısı alınıb. Dövlət Gömrük Komitəsindən yayılan xəbərə görə, hər iki fakt NMR-də baş verib. İrandan gələn Babək rayon sakini Mayis Fərzəliyevin üzərində aparılmış şəxsi yoxlama zamanı onun corablarında gizlətdiyi xalis çəkisi 131 qram olan marixuana və xalis çəkisi 20 qram olan…

Tam mətn