Muəllif: Redaksiya

Penitensiar xidmətin əməkdaşlarının «işi» prokurorluğa göndərilib

Cəzaçəkmə müəssisələrinə telefon və narkotiklərin necə düşdüyünün «sirri» açılır.   Yəni bu hər kəsin bildiyi «sirlər» kateqoriyasına aid işlərdir əslində.  P Başqa biri — ədliyyə baş leytenantı Cavid Qasımov da Penitensiar xidmət rəisinin əmri ilə tutduğu vəzifədən azad edilərək ədliyyə orqanlarından xaric edilib. Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi…

Tam mətn
Muəllif: Redaksiya

Şəmkirdə 10 gün əvvəl müəllimənin 10 min manatını aparanlar qandallanıblar

Şəmkirdə quldurluq etməkdə  şübhəli bilinən iki rayon sakini saxlanılıb. Şəmkir polisindən bildirilir ki, Şəmkir rayon Keçili kəndində kənd orta məktəbində ingilis dili müəlliməsi işləyən 47 yaşlı Zülfiyyə Qəhrəmanovanın evinə basqın edərək onun 10 min manatını aparan rayon sakinləri — 1992-ci il təvəllüdlü Əmirxan Abdıyev və 1993-cü il təvəllüdlü Abdulla Ələsgərli tutulublar.

Hadisə yanvarın 17-də saat 04:00 radələrində baş verib. Əmirxan Abdıyev və Abdulla Ələsgərli maska taxıb, əllərinə rezin əlcək geyinərək kənd sakini, rayon Keçili kəndində kənd orta məktəbində ingilis dili müəlliməsi işləyən 47 yaşlı Zülfiyyə Qəhrəmanovanın evinə basqın edərək ona hədə-qorxu gəlib və 10 min manat pulunu alıblar. İstifadə etdikləri maska və əlcəkləri isə evin yaxınlığında atıblar. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində cinayət işi açılıb, istintaq gedir.

Tam mətn
Muəllif: Redaksiya

Rusiya öz qapısını 530 min miqrantın üzünə bağlayıb

Rusiya arzuedilməz miqrantlardan yaxasını qurtarmağın yolunu tapıb. Ötən ildən bəri  Rusiya qanunlarını pozmuş 500 mindən artıq əcnəbi vətəndaşın ölkəyə girişi yasaq edilib.  Rusiya Federal Miqrasiya Xidmətinin (FMX) rəhbəri Konstantin Romodanovskiyə istinadən, bu gün  ölkənin  sərhədləri təqribən 530 min əcnəbi vətəndaş üçün bağlıdır. Bunun 20 faizi Moskva idarəsinin işinin nəticəsidir. Belə…

Tam mətn
Muəllif: Redaksiya

Hərbi Dəniz Qüvvələrinin keçmiş hərbi qulluqçusu rüşvət üstündə həbs edilib

Silahlı Qüvvələrin daha bir hərbi qulluqçusu rüşvət ittihamı ilə həbs edilib. Bu barədə APA-ya Bakı Hərbi Məhkəməsindən bildirilib.Hərbi Dəniz Qüvvələrinin giziri Elxan Hacıyev CM 311-ci (rüşvət alma) maddəsi ilə təqsirli bilinir. Onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, E. Hacıyev Hərbi Dəniz Qüvvələrinin giziri olub. Onun korrupsiya əməlləri barədə mətbuatda dəfələrlə məlumatlar yayılıb. Həmin məlumatlardan sonra E. Hacıyev ordudan tərxis edilib.

Tam mətn
Muəllif: Redaksiya

4 illik sevgilisini öldürən qadına 11 il oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini öldürməkdə təqsirləndirilən Mədinə Mürsəliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Çıxarılan hökmə əsasən, Mürsəliyeva 11 il müddətinə azadlıqdan məhrum edilib.

İki uşaq anası olan Mədinə Mürsəliyeva qonşusu, subay olan 28 yaşlı Elçin Allahverdiyev ilə yaxın münasibətdə olub. Qonşuların sevgisi 4 il davam edib.  Lakin Allahverdiyevin evlənməsi Mürsəliyevanın narazılığına səbəb olub. Bu səbəbdən aralarında mübahisə yaranıb. Mübahisə zamanı Mədinə Elçini bıçaqlayaraq öldürüb.

Tam mətn
Muəllif: Redaksiya

Ali Hərbi Məktəbinin daha bir yüksək rütbəli zabiti rüşvət üstündə tutuldu

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) daha bir yüksək rütbəli əməkdaşı həbs edilib. Bu barədə  Bakı Hərbi Məhkəməsindən bildirilib. Məlumata görə, AAHM-in zabiti, polkovnik-leytenant Namiq Nəbiyev CM 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, AAHM-in sabiq rəisi M. Yusifov da bir neçə gün əvvəl həbs edilib. O da CM 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir. Yusifov əvvəllər MN 112 saylı alayının (sülhməramlı tabor da bu alayın tərkibindədir) komandiri olub. Daha sonra AAHM-ə qərargah rəisi təyin edilən Yusifov bir neçə il hərbi məktəbin rəisi vəzifəsini icra edib. Zakir Həsənov müdafiə naziri təyin edildikdən sonra Yusifov vəzifədən uzaqlaşdırılıb.

 …

Tam mətn
Muəllif: Redaksiya

Polis bölməsində özünü bıçaqlayan şəxsin psixikası yerində deyilmiş

Bakı Şəhər Prokurorluğu və Baş Polis İdarəsi polis bölməsində özünü bıçaqlayan şəxslə bağlı rəsmi məlumat yayıblar. Deyilir ki, yanvarın 12-də Bakı şəhər sakini İlqar Aslanov Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, həmin tarixdə saat 23 radələrində rayonun 20-ci sahə ərazisində əvvəllər məhkum olunmuş Anar Rəsulov tanımadığı digər şəxslə Aslanovun idarə etdiyi avtomobili saxladaraq küt alətlərlə onun avtomobilinə müxtəlif zədələr yetirib.

Bundan sonra yanvarın 18-də Aslanov dostları ilə «Ləziz» kafesində olarkən Rəsulov yenidən digər şəxslərlə yaxınlaşaraq ona bıçaqla xəsarət yetirməyə cəhd göstərib, lakin dostlarının müdaxiləsi nəticəsində sonuncu öz niyyətinə nail ola bilməyib. Yanvarın 21-də qeyd olunan xüsusatların araşdırılması məqsədilə Rəsulov 8-ci polis bölməsinə dəvət edilib və onun izahatı alınarkən məsuliyyətdən azad olmaq məqsədilə üstündə gəzdirdiyi bıçaqla özünə daxilə nüfuz etməyən xəsarət yetirib. Rəsulova aldığı xəsarətlə bağlı ilkin tibbi yardım göstərilib.

Hazırda faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır….

Tam mətn