Muəllif: Redaksiya

Zavallı arvadının qulağını kəsən 6 illiyə təcrid olundu

Astara rayon Məhkəməsində həyat yoldaşına dəhşətli işgəncələr verməkdə təqsirləndirilən Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Zavallı arvadının qulağını kəsən  9 illiyə təcrid olunub.  Hakim İsmayıl Abdurahmanlının sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, məhkəmədən təqsirləndirilən şəxsin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. < > Hökmə əsasən, Çingiz Mehdiyev…

Tam mətn
Muəllif: Redaksiya

Aydın Əliyev narkotrafiki təhlil etdi: üstünlük heroində

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib ki, bu gün Azərbaycana narkotik vasitələr və uyuşdurucu maddələr daha çox İrandan gətirilir.   Komitə sədrini< > n sözlərinə görə, ölkəyə bir-iki dəfə narkotik maddə keçirilməsi halı Rusiya sərhədində qeydə alınıb: «Ötən il DGK tərəfindən 130 kq-dan artıq narkotik və psixotrop maddələr tutulub….

Tam mətn
Muəllif: Redaksiya

Şəmkirdə toy məclisi savaş meydanına çevrilib

Şəmkir rayonunun Yeniabad kəndində toy məclisi kütləvi davaya çevrilib. T< > oy məclisində xeyli spirtli içki qəbul edən dostlar bir-biriləri ilə yersiz zarafat ediblər və bu zarafat kütləvi davaya çevrilib. Nəticədə 30 yaşlı kənd sakini Mehman Fətəliyev çoxsaylı bıçaq zərbələri alaraq Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat olunan…

Tam mətn
Muəllif: Hacı Zeynalov

Türkiyəli biznesmenin öldürülməsinin məhkəmə təfərrüatları

Türkiyə vətəndaşının öldürməkdə ittiham olunan Rasim Məmmədovun  cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə prokuror Rail İsmayılovun elan etdiyi ittiham aktına görə, Rasim Məmmədov ötən il iyunun 5-də, saat 19:00-da paytaxtın Azərbaycan prospektindəki 23 saylı binanın 21-ci mənzilində yerləşən ofisdə “Göyçay Kərpicsan”…

Tam mətn
Muəllif: Hacı Zeynalov

Dələduz “Lələ”nin məhkəməsi başladı

İframin Abdullayev 2008-ci ildə Şəmkir sakini Vidadi Hüseynlini aldadaraq ona məxsus olan “Hunday Sonata” markalı avtomobili 26.000 dollara almaq istədiyini deyib. Sonra ona ilkin ödəniş kimi 4000 dollar verərək pulun qalanını 2 gündən sonra ödəyəcəyini bildirib. Amma İframin həmin avtomobili 19.000 dollara başqasına sataraq Vidadi Hüseynliyə qarşı dələduzluq edib…

Tam mətn
Muəllif: Redaksiya

«Fuad LTD»nin vurduğu ziyanı «Abşeron 2013» MMC ödəyəcək

Baş Prokurorluq “Fuad LTD” MMC-nin qanunsuz əməllərindən zərər çəkən məcburi köçkünün iddialarına cavab verib. Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov açıqlamasında bildirib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən “Fuad LTD” MMC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərə yol verməsi barədə cinayət işi üzrə Teymur Əliyev zərərçəkmiş şəxs və mülki iddiaçı qismində tanınıb:

“Məlumat üçün bildirirəm ki, “Fuad LTD” MMC tərəfindən Xırdalan şəhərində tikintisi aparılmış binadan 90 kvadrat metr ölçüdə, ümumi qiyməti 34.470 manat olan 2 otaqlı mənzilin alqı-satqısı barədə cəmiyyətlə Teymur Əliyev arasında müqavilə bağlanıb və Teymur Əliyev aldığı mənzilə görə ümumilikdə 14.409 manat ödəniş edib. Hazırda qeyd olunan binanın tikintisini davam etdirən «Abşeron 2013» MMC tərəfindən Teymur Əliyevə dəymiş ziyanın ödənilməsi məqsədilə ona mənzil verilməsi təklif olunub, lakin sonuncu həmin təklifi rədd edərək ödədiyi pulun geri qaytarılmasını tələb edib. Zərərçəkmişin tələbi ilə əlaqədar «Abşeron 2013» MMC tərəfindən Teymur Əliyevə dəymiş ziyanın ödənilməsi təmin ediləcək”.

Baş Prokurorluq bir müddət əvvəl “Fuad LTD” MMC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə məlumat yayaraq həmin şirkətdən zərərçəkənlərin hamısına dəymiş ziyanın ödənildiyini qeyd edib. Lakin şirkətin qanunsuz əməllərindən zərər çəkən məcburi köçkün Teymur Əliyev mətbuata açıqlama verərək ona dəymiş ziyanın ödənilmədiyini bildirib. 

 …

Tam mətn
Muəllif: Redaksiya

“Pal Süd Dağıtım”da korrupsiya faktı aşkarlanıb

Baş Prokurorluq yeni korrupsiya faktı ilə bağlı məlumat yayıb. bİLDİRİLİR Kİ, “Pal Süd Dağıtım” MMC əməkdaşlarının qanunsuz hərəkətlərə yol vermələri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olmuş məlumat araşdırılıb.

Cəmiyyətin satış müdiri Elçin Hacıyevin və satış təmsilçisi Nicat Şirinovun cəmiyyətə məxsus müvafiq olaraq 50.291 və 9.217 manat məbləğində pul vəsaitini mənimsəmələrində şübhələr üçün əsaslar olduğundan fakta görə CM 179.2.3, 179.2.4, 179.3.2 (mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

 

 …

Tam mətn