Baş Prokurorluğun “Mur-Ay”ilə bağlı apellyasiya protesti təmin olunmayıb
Bakı Apelyasiya Məhkəməsində “Mur-Ay” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dələduzluqda təqsirləndirilən sədri Elxan Hüseynov və digərlərinin apelyasiya şikayəti və Baş Prokurorluğun verdiyi apellyasiya protesti əsasında məhkəmə prosesi başa çatıb. APA-nın xəbərinə görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən məhkəmə prosesində qərar elan olunub. Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə…