Muəllif: Fərrux Şıxlı

Uçur göylərə

Uşaqlıq illərimdə (bəri başdan qeyd edim ki, bu, sovet dövrünə, ölkəyə hələ çənəsi əsib, ağzı marçıllamayan, xalqımızın böyük dostu L.İ.Brejnevin rəhbərlik etdiyi vaxta təsadüf edir) hər il dekabrın 31-də, Yeni il bayramı ərəfəsində televiziya ilə «Morozko» (filmin orijinal adı belə idi, Azərbaycan dilinə dublyaj olunub-olunmadığı, düzü, yadımda deyil) filmi…

Tam mətn
Muəllif: Vüqar Abbasov

Arada aynaya baxmağı unutmayaq…

İnternetdən izlədim ölkə prezidentinin çıxışını. Daha doğrusu, çıxışın bir hissəsini. Prezident bildirdi ki, bəzi (bəzimi?) məmur övladları qudurğanlıq edirlər. Onu da qeyd etdi ki, bu adamlar cəzalanacaqlar və ataları da işdən çıxarılacaqlar. Prezident haqlıdır. Onlar mütləq cəzalanmalıdırlar. Ancaq nə üçün ataları? Birdən bir məmur qadının oğlu harınlamış oldu? Məmur…

Tam mətn
Muəllif: Elçin Şıxlı

«Zəngvari qövs»

«The Bell Curve» dilimizə «zəngvari qövs» kimi tərcümə edilə bilər. Bu, 1994-cü ildə ABŞ-da işıq üzü görmüş kitabın adıdır. Müəllifləri amerikalı professorlar — psixoloq Riçard Hernstayn və politoloq Çarlz Marridir. Deyilənə görə, kitab sırf elmi əsər mahiyyəti daşıyır. Kitab bütün elmiliyinə rəğmən vaxtilə çox böyük diqqət cəlb etməklə yanaşı,…

Tam mətn
Muəllif: Rauf Mirqədirov

Azərbaycanı sevənlərə mədhiyyə

Beynəlxalq təşkilatlar Azərbaycanı ona görə tənqid edirlər ki, onu sevmirlər. Əkrəm Əylislini müdafiə edənlər bunu Azərbaycana ləkə yaxmaq cəhdi olaraq edirlər. Bu fikirləri ANS kanalının efirində məşhur detektiv müəllifi Çingiz Abdullayev bildirib. Dəlil kimi o, 2012-ci il aprelin sonlarında İranda iki azərbaycanlı şair — Fərid Hüseyn və Şəhriyar Hüseynzadənin…

Tam mətn
Muəllif: İlhamiyyə Rza

Yuyulmamış meyvə

Yazmağa çox şey var. Amma bilmirsən nədən başlayasan. Adamlar göylərlə əlləşir, qiyamətdən, inqilablardan, qlobal istiləşmədən fikirləşirlər. İndi durub onlara «əzəli və əbədi» mövzulardan yazsan, sənə güləcəklər. Amma olsun. İnsanları güldürmək, ən azı gülümsətmək özü də bir işdir. Həm də savab işdir. Nədir o «əzəli və əbədi» mövzular? Və nə…

Tam mətn
Muəllif: Zeynal Məmmədli

Kimin xalqı dözümlüdür?

…Bu XXI əsr başlayandan daha nələr görmədim — onca dəqiqəliyə 1000 dollar istəyən və əvəzində 1100 dollar vəd edən dilənçi… Səndən ayrılandan 10 dəqiqə sonra ölən sap-sağlam dost… Savaş veteranını barmağına dolayıb saniyədə 10 tənə vuran sütül general… Günün-günorta çağında yağmalanan, çapılıb-talanan və talandıqca əyilən-əzilən-sürünən xalq… Və 10-15-dərəcə şaxtada…

Tam mətn
Muəllif: İbrahim Nəbioğlu

Türk Hava Yolları «havaya girdi»

«Havaya girmək» türkcədə bir deyimdir. Uğurdan başı hərlənənlərə, özünü bəyənib gözü heç kimi görməyənlərə «havaya girdi» deyirlər. Bu aralar Türk Hava Yolları da (THY) yamanca «havaya girib», «burnu» təyyarələri kimi «göynən gedir». Özündən razı olmasına da xeyli əsası var… 1933-də cəmi 5 təyyarə ilə qurulan THY bu gün 202…

Tam mətn