Muəllif: Vüqar Abbasov

Maslov nəzəriyyəsi və günümüzün gerçəkliyi

Niderland Hər birimizin bu dünyada müəyyən ehtiyacları var. Təməl ehtiyac kimi misal olaraq qidalanmanı, istirahəti, hörməti göstərmək olar. Burda sizlərə uzun-uzadı Maslov nəzəriyyəsindən danışmaq fikrim yoxdur. Sadəcə, onu qeyd edim ki, Maslov insanın əsas ehtiyaclarını beş hissəyə bölüb ki, buna «Maslov piramidası» da deyirlər. Bu barədə bilənlər bilir, bilməyənlər…

Tam mətn
Muəllif: Rauf Mirqədirov

Cənnət və Cəhənnəm haqqında pritça…

Ankara Cəhənnəm (yəhudicə gehinnom — «Hinnom vadisi») — əksər dini təlimlərə görə əbədi əzaba düçar edilmiş günahkarların ruhlarının məskəni. İslam dininə görə 7 təbəqədən ibarət cəhənnəm üzərindən qıldan nazik Sirat körpüsü çəkilmişdir. Günahkarlar körpüdən yıxılıb cəhənnəmə vasil olurlar. Yer üzündəki cəhənnəmi öz gözlərimlə görmüşəm, özü də bir dəfə deyil,…

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Biri məlum…

Araşdırma materiallarına görə, Azərbaycana məxsus yüzlərlə tarixi sənəd dünyanın arxiv qovluqlarında «yol gözləyir». Bu sənədləri oxuyan olacaqmı, vərəqləyən tapılacaqmı?.. anlamaq olmur. Götürək lap elə yaxın keçmişimizdə Tehranda (İran. 1992-ci il) bağlanılmış «Şuşa… sənədi»ni. Mənim tarixçilərə, siyasətçi və jurnalist dostlarıma, diplomatlara… belə bir sualım var; sizlərdən hansı biriniz o sənədi…

Tam mətn
Muəllif: Arif Əliyev

«Qalatasaray», «Beşiktaş» və «Fənərbaxça» birləşdi!

«Türkü sevməyənlərin təxribat və təhriklərinə uymamaq lazım!» — bunu dəfələrlə türk həmkarlarımın və siyasətçilərinin yazılarında oxudum. Azərbaycanda da bir çox jurnalist və politoloqlar Türkiyədə yaşanan daxili böhranda xarici qüvvələrin maraqlarını önə çəkirlər. Sayıqlıq yaxşı şeydir. Öz kiçik təcrübəmizdən də görürük ki, bu gün beynəlxalq münasibətlər qeyri-sağlam rəqabət prinsipləri üzərində…

Tam mətn
Muəllif: İsmayıl Umudlu

«Beşinci dəstə»nin X saatı

Bizim bu hökumət hara baxır? Hər zaman hirslə verdiymiz belə bir sual var. Xarici dövlətlərin ən məkrli qurumlarının bizim vətəndaşları keçi qiymətinə satın alıb öz niyyətlərinə tabe etdikləri üzə çıxanda hər dəfə özümüzə və bir-birimizə bu sualı veririk. Bu sıradan ölkəmizdə «ən məşhur» olanı «İmam Xomeyni adına imdad komitəsi»…

Tam mətn
Muəllif: Elçin Şıxlı

Kabab yeyən toplum

Bu yaxınlarda oxudum ki, millət son 10 ildə balacalaşıb. Hündürboy azərbaycanlıların sayı bu müddət ərzində statistikaya gələcək dərəcədə azalıb. Keçən il millətin boyu ortalama 167,1 sm, kişilərdə 170,6 sm, qadınlarda isə 163,9 sm olub, yəni son 10 ildə boyumuz 0,5 sm azalıb. Abrımızı qadınların boy göstəriciləri örtür, yoxsa dünya…

Tam mətn
Muəllif: İbrahim Nəbioğlu

Taksimin «duran adamı»

İstanbul Taksim meydanının ortasında gənc bir adam durub, səssiz-səmirsiz. Ona yaxınlaşan polislə aralarında belə bir dialoq keçir: — Nə edirsən burda? — Durmuşam. — Niyə? — Gözləyirəm. — Kimi gözləyirsən? — Ethem Sarısülüyü… Ethem Sarısülük Gezi parkı dirənişində polis gülləsi ilə ölən nümayiş iştirakçısının adıdır. Keçən həftə doğulduğu Çorumda…

Tam mətn