HEYVANXANADA YAŞAMAQ
İnsanoğlu ağlı kəsəndən göylərdə öz bənzərini arayıb. Bəzi düşüncə adamları “Başqa planetlərdə yaşayanlar bizi çoxdan tapıblar” deyərək onsuz da sirli olan Yaradılış və Həyatı daha da sirli qılıblar. Qəribə məxluqdur insan – bəzən sualın cavabını tapmaqdan mutlu ola bilmir. Parisdə “Cité des Sciences et de l’Industriem” adlı bir elm muzeyi var. Burada toplanan “Dünya Xaricindəki Həyatla Mesajlaşma” (Messaging Extraterrestrial Intelligence-METI) adlı layihə çərçivəsində araşdırmaçılar belə bir qənaətə gəliblər – Bizi heyvanxanada saxlayırlar.