Muəllif: Qulu Məhərrəmli

O medalın görünməyən üzü…     

və ya Cümhuriyyət-100 yubiley medalını niyə urvatsız edirlər? Bizim cəmiyyətin çeşidli mükafatlara, o cümlədən orden-medala, fəxri adlara, adlı təqaüdlərə və s. bir özgə həssaslığı var. Mükafat da belə bir şeydir ki, layiq olmayan adama veriləndə həmişə  söz-söhbəti uzun çəkir, xeyli suallar, gümanlar, şübhələr çıxır ortaya.

Tam mətn
Muəllif: Elçin Şıxlı

On dörd canavar

  Dostum İskəndər Şəkinskiyə minnətdarlıqla   “Ayazlı, şaxtalı bir qış axşamı, Yeddi yoldaş olub, yola düzəldik”. Səməd Vurğun   Bu yazıda söhbət nə Yusif Səmədoğlunun “Yeddi oğul istərəm”indən, nə böyük Akira Kurosavanın “Yeddi samuray”ından, nə də Hollivud incisi “Möhtəşəm yeddilik”dən gedir. Söhbət on dörd canavardan gedir… Yelloustoun Milli Parkı (Yellowstone National Park – ing.) 1872-ci ildə ABŞ prezidenti Uliss S. Qrant (Ulysses S.

Tam mətn
Muəllif: İbrahim Nəbioğlu

BİO-HAKER – ÖLÜMSÜZLÜK SEVDALISI

BİO-HAKER – ÖLÜMSÜZLÜK SEVDALISI   Bu yaxında bir dost məclisində masamıza yaraşıqlı, idmançıya bənzəyən, qırmızıyanaq bir adam yaxınlaşdı. Görünüşə görə maksimum 35-40 yaşı olardı. Dostum ona “Hocam” deyə müraciət edirdi. Masamıza dəvət etdi. Yeməkləri, içki qədəhlərini tərs-tərs süzüb oturdu. Professor 72 yaşında imiş. Sirli qonağımızn bu yaşda olmasına kimsə inanmadı…    * * * “Siz və mən kimyəvi proseslərin çox dəyərsiz dəstiyik”   Josiah Zayner molekulyar biologiya ilə məşğul olur.

Tam mətn
Muəllif: İbrahim Nəbioğlu

ÇERNOBIL: YALANIN BƏDƏLİ

1986-cı ilin isti yay günlərindən birində Kiyevdə küçədə gedərkən şiddətli yağışa yaxalandım. Dabanıma qədər islanmışdım. Yağışdan qorunmaq üçün qaçıb özümü böyük bir şabalıd ağacının altına verdim. Yağış o qədər şiddətli idi ki, damcılar ağacın yarpaqlarından sürüşüb başıma düşürdülər. Yoldan keçənlər çaşqın baxışlarla məni süzürdülər. Birdən onlardan biri “Ağacın altında durmaqdan qorxmursanmı?” deyə bağıraraq yaxamdan yapışaraq məni ağacın altından kənara itələdi. Ayağım sərt bir şeyə ilişdi, şappıltı ilə üzüstə gölməçəyə düşdüm. Qalxanda üstüm-başım kirli-pasaqlı su içində idi.

Tam mətn
Muəllif: İbrahim Nəbioğlu

BALACA QIZIN EV TAPŞIRIĞI

Bir kompyuter oyunu vardı. 1972-də Atari tərəfindən hazırlanmışdı. “Pong” stolüstü tennis oyunu idi, ekranda iki düzbucaq və bir nöqtədən başqa heç nə yoxdu. Onu indiki yeni nəsil oyunlarla müqayisə edəndə çox gülməli görünür. 3D simulyatorlu oyunlardakı görüntüləri realdan ayırd etmək çətindir. Artıq reallıq simulyasidan, kopiyadan fərqlənmir — reallığın daha real kopiyaları kimi bir durum var ortada. Ehtimal ki, hansısa yüksək inkişaf etmiş bir mədəniyyət bu yolu çoxdan keçib və bizim dünyamız onun eksperimentlərindən biridir.

Tam mətn
Muəllif: İbrahim Nəbioğlu

ÜÇ VAQİF və VİLLİS KONOVER

Çoxları kimi mən də cazı ikiyə ayırmışdım – Vaqifə və digərlərinə. 10-cu sinifdə oxuyurdum, bir gün hamı yatandan sonra məktub yazdım. Vaqif Mustafazadənin “Mart” kompozisiyasının efirə verilməsini xahiş etdim. Aylardan da elə mart idi. Zərfin üstünə “Amerikanın səsi, Caz saatı” yazıb göndərdim Vaşinqtona. Və bir aprel axşamı qulaqlarıma inanmadım – verilişin aparıcısı proqramda “İndi isə Bakıdan gənc dinləyicimiz İbrahim üçün” deyərək adımı çəkdi.

Tam mətn
Muəllif: Arif Əliyev

SÖZ VERDİ Kİ, BU DÜNYAYA BİR DƏ GƏLƏCƏK

Biz xeyli fərqli adamlar idik. Xasiyyətimizin ən oxşar cəhəti, bəlkə, sentimentallığımızdı, onu da xarakter cizgisindən çox yaş əlaməti hesab edirəm, çünki əvvəllər şəxsən mənim gözlərim belə yaşarmazdı. Neynim, ömür yolu qısaldıqca əvəzsiz itkilər artır. Son iki ildə daha çox görüşdüyüm, vaxt keçirdiyim, səfərə çıxdığım adamlardan idi Rövşən Almuradlı. Yoldaşlığımız onun gözlənilməz zəngindən başladı. “Yalama”nı oxudum, filmini çəkməsəm, ölərəm”. Beləcə də dedi. Vaqif Gərayzadə ilə povest əsasında film yox, tamaşa üçün hazırlıq gördüyümüzü söylədim.

Tam mətn