Adam kimi
Lap uşaqlıqdan böyüklərdən eşitdiyim bir söz var. Hər gün bu sözü neçə dəfə eşidərdim. Xüsusən də babamdan: — Hara gedirsən, bala? — Məktəbə gedirəm, baba. — Həə… Lap yaxşı, məktəbdə özünü adam kimi apar, bala! — Baş üstə, baba. Yaxud: — Hara belə,bala? — Uşaqlarla çaya çimməyə, baba. -…