Muəllif: İbrahim Nəbioğlu

BORXES, FUTBOL və UŞAQLIĞIN SON GECƏSİ

                                                                                        Esse Est Percipi   Bakı, 25 iyun 1978 1978-ci ildə Argentinada keçirilən futbol üzrə dünya çempionatının finalı iyunun 25-də oynanmışdı. Çempion Argentina-Hollandiya arasındakı final oyununda məlum olacaqdı. Aradan 38 il keçməsinə baxmayaraq o günü unutmaq mümkün deyil. Çünki o gün təkcə final günü deyildi. İyunun 25-i məktəbimizdə »məzuniyyət balı» keçirilirdi, orta məktəbi bitirirdim.  O gecə uşaqlığımın son gecəsi idi… Məktəbin koridorlarında masalar düzülmüş, süfrələr açılmış, gecənin irəliləyən saatında başlayacaq diskoteka üçün musiqi sistemi qurulmuşdu.

Tam mətn
Muəllif: İbrahim Nəbioğlu

TERRORA ALIŞMAMAQ

  İnternetin sürəti azalıbsa demək ki, nəsə olub. İmdadıma VPN çatır. İstanbuldakı hava limanı partlayışından sonra ”Virtual Özəl Şəbəkə” ilə başqa dövlətlərdəki server üzərindən internetimi bərpa edirəm. Qlobal şəbəkəyə girirəm, amma ətraflı məlumat almaq olmur, çünki həmişəki kimi hadisədən sonra tezcə yayın yasağı qüvvəyə minir. İnternetin zəifləyən kimi bütün sosial şəbəkələrə girişləri çətinləşdirirlər. Bu da varsa, demək ki, vəziyyət ciddidir. Çox ciddi… 1982-ci il Ankara Esenboğa hava limanındakı terror aksiyası gəldi ağlıma.

Tam mətn
Muəllif: Elçin Şıxlı

Yeni «AYNA»

  Qəzetin buraxılışını dayandıranda son yazımı “məğlubiyyətin bu qədər rahatlıq gətirəciyini düşünməzdim” fikri üzərində qurmuşdum. Çünki doğrudan da yorulmuşdum. Ən çox da “yel dəyirmanlarıyla” savaşmaqdan… Özümə söz verdim ki, daha yazı yazmayacam. Yazmadım da… Düz iki il…Bu vaxt ərzində haqqında oxuduğum, eşitdiyim və bildiyim, amma rastlaşmadığım çox şeylərlə üzləşdim. Vəfasızlıq da, eniklik də gördüm, amma əsl dostluğun nə demək olduğunu da anladım. Əvvəlcə, özümü hər şeydən təcrid etməyə çalışdım. Heç nə oxumadım, heç nə ilə maraqlanmadım.

Tam mətn
Muəllif: Qulu Məhərrəmli

Mənəvi düşkünlük sindromu

Asif Atanın adı Azərbaycanda, yəqin ki, hər kəsə bəllidir. Fərqli düşünən və bu düşüncəni sovet ideologiyasının paslı süzgəcindən keçirib cəmiyyətə tərtəmiz şəkildə çatdıran təfəkkür sahibi idi. İnsan şüurunda, mədəniyyətdə və ədəbiyyatda gedən prosesslərə qeyri-adi yanaşması vardı. Tələbə vaxtı onun BDU-da…

Tam mətn
Muəllif: İbrahim Nəbioğlu

Twitter-mvitter, Facebook-meysbuk

Douglas Frantz Amerika Dövlət Katibinin müavinidir. Deyir «Tvitter-i qapatmaq kitab yandırmaq kimi şeydir». Vaşinqtonun Türkiyədə olub-bitənlərə rəsmi münasibəti belə acı və sarsıdıcıdır. Türkiyənin bu gününü Orta əsrlərin qaranlıq çağları, inkvizisiya məhkəmələri, nasistlərin «tonqal bayramları» ilə müqayisə etmək olardımı? Müqayisə nədir, Türkiyəni internet…

Tam mətn
Muəllif: Elçin Şıxlı

İtirdiyim kitab

On ilə yaxındır ki, şəhərin mərkəzindəki ata evimdən Şüvəlana köçmüşəm. Şəhərin səs-küyü və köhnə qonşularımızın bir-bir, kiminin binadan, kiminin də bu dünyadan köçməsi məhəllənin ləzzətini də aparmışdı.

Tam mətn
Muəllif: Rauf Mirqədirov

«Dava-dava» oyunu, Hitler və Putin

Uşaqlıqda hamı kimi mən də yaşıdlarım ilə «dava-dava» oynamağı xoşlayırdım. Heç kim «faşist» olmaq istəmirdi. Özü də bunun «dava»da kimin qalib gələcəyi ilə heç bir əlaqəsi yoxdu. Gerçəkdən fərqli olaraq, bizim «uşaq müharibələrimizdə» faşistlər də qalib gələ bilərdilər. Bütün oğlanlara xas qalibiyyət hissi belə nə məni, nə də…

Tam mətn