“Analoq”suz yayım
İndicə hiss elədim ki, bir-neçə gündür evdə bir hüzur yaranıb. Nə yoldaşım deyinir, nə də mən. Hərçənd, 32 illik ailə həyatında belə şeylər olur zatən… Sovet dövründə demək olar ki, bütün evlərdə xüsusi radio nagili vardı və reproduktora bənzər bir cihazdan gecə-gündüz (pulsuz idi) “Mayak” radostansiyasının səsi gələrdi. Yaxşı yadımdadır, lap xırda olanda babamgildə qalmağı çox xoşlayardım, çünki ilkbeşikdim və hamı başıma hərlənərdi. Nə xalalarım (dörd xalam vardı), nə də dayım evliydi. Hamısı lap cavandı.