Muəllif: İbrahim Nəbioğlu

XOŞBƏXTLİK HAQDA ƏN UZUN ARAŞDIRMA

Adətən səliqəli olan yazı masamın üstü son vaxtlar dağınıqdır. Kağız-kuğuz, hansısa bir səhifəsindən ağzüstə çevrilmiş kitablar, dərgi və qeyd dəftərlərim və önümüzdəki aylarda “Ayna” üçün düşündüyüm mövzulardan ibarət bir siyahi. Onlardan biri Amerikadakı əfsanəvi Harvard universiteti ilə məşhur Harvard Tibb məktəbinin apardığı bir tədqiqatdır. Bu tədqiqat bir müddət idi ki, beynimi yamanca məşğul edirdi.

Tam mətn
Muəllif: Elçin Şıxlı

KÖÇ

Proloq Bu yazını ilin əvvəlində, daha doğrusu, fevralda yazıb »facebook»da paylaşmışdım. O vaxt hələ yeni »Ayna» yoxuydu. Dostların çoxu oxuyub yəqin ki… amma ötən axşam »inbox»a bibioğlumu tanıyan dostlardan biri rəhmətliyin yuxusuna girdiyini və cənnətdə olduğunu dediyini yazıb:»Çox sakit bir həyat yaşayıram. Mənasız, boş sözlərdən uzağam. Mən ölməmişəm, sağam. İstədiyim vaxt, istədiyim insanla gedib söhbət edib gəlirəm».

Tam mətn
Muəllif: İbrahim Nəbioğlu

Ölü yeri

Trabzona getmişdim. Dəfn mərasiminə. Dostumun babası vəfat etmişdi. Sabahın ilk işıqları ilə dostumun acısını paylaşmaq və onu tək qoymamaq üçün Türkiyənin qərbindən şərqinə — o biri ucuna uçuruq. İstanbuldan ölkənin hava limanı olan şəhərlərinə uçuşlar çox erkəndir.  Güman ki, elə ölüm-itim kimi qəfil hadisələri eşidib dəfnə yetişmək üçün. Ölüm varkən biz yoxuq, biz varkən isə ölüm yoxdur. Zatən onunla heç qarşılaşmayacağıq-Epikur Trabzona saat yarım uçur təyyarə. O qədər böyükdür ölkə.

Tam mətn
Muəllif: Qulu Məhərrəmli

Mirzə Cəlili niyə həbs etmişdilər?

 və ya “Ölülər” aləmindən “Dəli yığıncağı”na düşməyin əbədi faciəsi                          28 Apreldə Azərbaycanın işğalından iki ay sonra Mirzə Cəlil ailəsi ilə gedib Təbrizə sığıınmışdı. Şura hökumətindən ağlı bir şey kəsmirdi, bolşeviklərə inanmırdı, hadisələri uzaqdan izləyirdi. Tezliklə geri qayıtmaq fikri də yox idi. Təbrizli dostlarının köməyi ilə “Molla Nəsrəddin”in nəşrini bərpa etmişdi, iki il ərzində ara-sıra çıxan jurnalın nüsxələri Bakıda da yayılırdı.

Tam mətn
Muəllif: Azər Rəşidoğlu

Rekviyem

Oxucu ilə dərdləşmək ehtiyacı yarandı yenə. Sözün hədəfə ulaşacağına ümid etmirəm. Əslində, oxucu ilə səmimi söhbət çoxlarının qıcığına səbəb olur. Bunun fərqindəyəm. Bilirəm ki, çoxları içində »it oğlu it, bunun hesabını ödəyəcəksən» deyib, məni haradan vuracağını düşünür. Sadomozaxist deyiləm. Təhqiri də sevmirəm. Lakin Mehriban Vəzirin son yazıma verdiyi şərh içimi titrədir – “Zərdabinin bir sözü var, deyir, gələcəkdə doğulduğum bu Zərdab kəndinin ortasında bir qara daş qoyacam. Onun üstünə olanları yazacam.

Tam mətn
Muəllif: İbrahim Nəbioğlu

i2p

Son günlər güşünürəm ki, ya gərək yazmağın daşını atım, ya da gedim bu yaşımda özümə başqa iş tapım. Lakin, iqtisadi böhran mənim yaşadığım ölkədə də öz təsirini göstərməyə başlayıb. Dünənə qədər bizə bir şey olmaz deyən müxtəlif səviyyəli başbilənlər nə dolların önlənəbilməz yüksəlişini dayandırmağa qadirdirlər, nə də yeni iqtisadi siyasət formalaşdırmağa. Odur ki, ən doğrusu hələ bir az da ayaqda durmağa çalışmaqdır.

Tam mətn
Muəllif: Arif Əliyev

Mən Zərdabidən niyə küsdüm?

 Yalama müdafiəçiləri haqqında materiala bütövlükdə cəmiyyətin süst reaksiyasından pəjmürdə idim. Qorxaqlarından, satqınlarından üz döndərənləri çox görmüşdüm, amma qəhrəman övladlarına yiyə durmaq istəməyənlər mənim üçün heç yerdə müşahidə etmədiyim əcaib bir yenilik idi. Kədərli düşüncələr içində «milli özünəməxsusluğun» bu incəliyinin sirrini anlamağa çalışırdım. Həsən bəy Məlikovun 1871-ci ildə Zərdabdan Bakıya, hələ də bizə naməlum qalan ünvana yolladığı «Redaksiyaya məktub»u yadıma düşdü. Onun sovet vaxtı çapdan çıxmış «Seçilmiş məqalələr və məktublar»ını tapmaq üçün şəxsi kitabxanamı ələk-vələk etdim. Tapa bilmədim.

Tam mətn