Muəllif: İbrahim Nəbioğlu

YAŞIL TAXTA PARÇASI

Məzarı üçün qeyri-adi bir yer seçilmişdi. Vəsiyyətinə uyğun olaraq dəfnində dini rituallar yerinə yetirilmədi. Zatən rus kilsəsinin Sinodu ölümünə yaxın onu pravoslavlıqdan çıxartmışdı. Dəfnində keşişin ənənəvi ayini yerinə mərhumun dostu “yaşıl taxta parçası” haqda bir hadisə danışdı. Böyük rus yazıçısı Lev Tolstoyun belə fərqli yerdə dəfn edilməsinin səbəbi o hadisənin nəqlindən sonra aydın oldu… Yaşıl taxta parçası uydurulmuş, unudulmuş bir artefaktdır, yəni insan tərəfindən yaradılmış obyektdir. Deyirlər ki, guya Ümumbəşəri Səadətin sirri bu artefaktda saxlanılıb.

Tam mətn
Muəllif: Arif Əliyev

KİÇİK BİR MİTİNQİN ƏKS-SƏDASI

Heç fərqinə varmamışdım ki, mitinq – kütləvi etirazın, yaxud dəstəyin ifadə forması kimi deyil, fərdi qisas aləti kimi də maraqlı tədbir imiş. Müxalifət «Talana yox» şüarı altında mitinq keçirdi. Bu gün üç nəfəri – bir iqtidar adamını, bir onun fəal əleyhdarını, bir də yumurtanın qiymətindən başqa heç nə ilə maraqlanmayan Fatma xalanı yan-yana qoyub soruşsan ki, «Talana «yox» deyəkmi?», üçü də cavab verəcək ki, niyə demirik, deyək!

Tam mətn
Muəllif: Elçin Şıxlı

“Sistem” işləmir

Bu günlərdə “asan imza” ilə bağlı “asan xidmət”ə getmək məcburiyyətundə qaldım. Amma bu gedişim “asan”larla dolu olsa da, heç də asan olmadı. İşimin bir elə zaman almayacağını düşünüb maşının dayanacağına görə az pul ödədim. İçəri keçmək istədiyimdə əl çantamın içini bir qız uşağı ələk-vələk elədi, sanki alt paltarımın içinə girildi. Bilirəm nə deyəcəyinizi, çünki özüm də təhlükəsizlik tərəfdarıyam, amma bunun üçün “x-ray” deyə avadanlıq olmalıdır. Anlamağa başladım ki, işim heç də asan olmayacaq.

Tam mətn
Muəllif: İbrahim Nəbioğlu

ÖLÜMÜN XƏSTƏLİK OLACAĞI ERANIN ASTANASINDA

Xeyli vaxtdır illər əvvəl ölmüş atasının diriləcəyi xəyalı ilə yaşayır. Hər keçən gün o anın yaxınlaşdığını hiss edir. Əslində buna heç xəyal demək də olmaz. Çünki elm və müasir texnologiyalar 2030-cu ilə qədər  insanın həyatdan getmiş yaxınıyla bağlı xatirələrini onun DNK nümunələri ilə birləşdirib vəfat edənin virtual versiyasını yaradacaq. Modern dünyanın son nailiyyətlərinə baxanda bu yazdıqlarım heç də fantastika kitabından gətirdiyim iqtibas deyil, gerçəkliyin tam özüdür.

Tam mətn
Muəllif: Qulu Məhərrəmli

Dünya göz yaşlarına inanmır…

Yaşı 70-i keçmış müəllim həmkarım əlində tutduğu qəzeti şəstlə açıb, qoşa səhifədəki yazısını mənə  göstərdi. I Pyotrun Rusiyaya işğalçılıq planını göstərən məşhur vəsiyyəti barədə yazmışdı, sonra da həmin vəsiyyətə nifrətini nəzmə çəkmişdi, daha çox həcvə oxşayırdı.

Tam mətn
Muəllif: Arif Əliyev

HƏRBİ NAZİRİ KÖVRƏLDƏN ƏSGƏR

Biri var idi, biri yox idi. Az qala bir əsr bundan əvvəl, 1919-cu ilin qışında Bakıda Xanmirzə Məlikəhmədoğlu adında bir əsgər yaşayırdı. Xanmirzə 1-ci Tatar süvari alayında xidmət edirdi. O zaman milli ordu yenicə yaranırdı, nəinki xidmətinə sədaqət və vicdanla yanaşan, hətta tüfəng ata, qılınc oynada bilən hər əsgər qiymətliydi. Çar Rusiyasında azərbaycanlıları əsgər aparmırdılar, ona görə belələrini tapmaq asan deyildi.

Tam mətn
Muəllif: Elçin Şıxlı

Bəs biz?

 Fəxri Legion dirilərin elitasıdır Şarl de Goll  Fəxri Legion Ordeni (Ordre national de la Légion d’honneur) 1802-ci ildə Napoleon Bonapart tərəfindən orta əsr ordenləri timsalında yaradılmış ali təsisatdır. Fransa və fransız xalqı qarşısında müstəsna xidmətlərə görə verilir. Ölümündən sonra demək olar ki, heç kimə verilməyib.  *** Yuxudan başağrısıyla oyanmışdım. Çay-çörəkdən sonra iş otağıma keçib kompüteri açmağıma peşiman oldum – insanların ağrısı, kədəri, kini, umu-küsüsü ayaqlanıb üstümə gəldi. Sevinc bu “qələbəliyin” içində itib batmışdı.

Tam mətn