DALYANDAN SALYANA DÖNÜŞ
Aralıq dənizi sahillərində kiçik, beş-altı min nəfərlik, məsələn, bizim Zirənin yarısı boyda bir qəsəbəni təsəvvürünüzə gətirin. Dalyan adlı həmin qəsəbə haqqında yazdıqlarımın həqiqət olduğuna Elçin Şıxlı ilə İbrahim Nəbioğlunu şahid gətirirəm: bu şəhərcik orta hesabla ilin altı ayı hər gün öz əhalisinin sayından çox turist qəbul edir!!! Türkiyənin Muğla vilayətinin Ortaca bölgəsinə bağlı Dalyan məntəqəsini 2008-ci ildə The Times Avropanın ən gözəl güşəsi seçib.