Muəllif: Arif Əliyev

«Muxtarlı» qambiti

(Qambit – şahmatda oyunçulardan birinin mərkəzdə üstünlüyə nail olmaq üçün fiqurlarını qurban verdikləri debütlərin ümumi adıdır) Jurnalist Əfqan Muxtarlı Tiflisin küçələrində sərbəst gəzəndə, bəlkə də, Azərbaycan hökuməti üçün bizə bəlli olmayan səbəblərdən bəzi narahatlıqlar yaradırmış. Amma gətirilib Bakı həbsxanasına salınan kimi hökumətin  əməlli-başlı başağrısına, özünün özünə yaratdığı ciddi problemə çevrilib.

Tam mətn
Muəllif: İbrahim Nəbioğlu

100-DƏN BÖYÜK RƏQƏM VARMI?

Böyük qızım Boğaziçi universitetindən məzun olanda bütün ailə məzuniyyət mərasiminə getmişdik. Universitet stadionu dolub daşırdı. Xoşbəxt ailələr həyəcanla mərasimin başlanmasını, sevincli məzunlar isə səbirsizliklə “kep”lərini havaya fırladacaqları anı gözləyirdilər. Mən isə həm də rektor, professor Kadri Özçaldıranın təbrik nitqini – görən bu tanınmış fizik nələrdən danışacaq, tələbələrinə nə nəsihətlər verəcəkdi. Kürsüyə çıxan rektor gözlənilənin əksinə çıxış etmək yerinə məzunlardan üzr istəməklə kifayətləndi:“Bizi bağışlayın, dünən sizə öyrətdiklərimiz artıq köhnəlib, onları unudun”.

Tam mətn
Muəllif: Rauf Mirqədirov

ALLAH DA VAR, O DA FIRLANIR

Və ya “xoşbəxtlik” sözünün qafiyəsinin axtarışları haqqında Keçən ayın ortalarında dostlarımdan biri ilə WatsApp-la danışırdım. Yalan deyil. Düz sözümdür. Sadəcə olaraq, dostum Bakıda deyil, Pekində idi. Birdən yadımıza düşdü ki, dostum Bakıda olsaydı, danışa bilməyəcəkdik. Təsəvvür  edin ki, totalitar kommunist rejiminin hökm sürdüyü Çinin paytaxtı Pekindəki dostumla WatsApp-la danışa bilirəm, amma Konstitusiyasına görə demokratik  respublika və Avropa Şurasının üzvü olan Azərbaycanımızın paytaxtı Bakıdakı qohumlarımla yox. Bir sözlə belə çıxır ki,  totalitar Çin “demokratik” Azərbaycandan dünyaya daha açıqdır.

Tam mətn
Muəllif: Arif Əliyev

4 İYUN HƏQİQƏTLƏRİ

  Hər dəfə iyunun 4-də (1993) Surət Hüseynovun Gəncə şəhərində yerləşən hərbi hissəsində başlanmış qiyamın ildönümü ərəfəsində eyni sual səslənir:“4 iyun həqiqətləri nə vaxt açıqlanacaq?”. Mübahisələr, qarşılıqlı ittihamlar qızışır: kim qətiyyətsizlik göstərdi, kim kimi satdı, kim qaçdı, kim qaldı, kim gəldi, kim gətirdi?.. Həqiqət axtarışı tədricən qeybət, didişmə səviyyəsinə keçir, sonda çənələr yorulur və növbəti ildönümünədək “dincə qoyulur”. İlbəil təkrarlanan bütün bu xırda sualların cavabı iki böyük Həqiqətə bağlıdır.

Tam mətn
Muəllif: Arif Əliyev

4 İYUN HƏQİQƏTLƏRİ

Hər dəfə iyunun 4-də (1993) Surət Hüseynovun Gəncə şəhərində yerləşən hərbi hissəsində başlanmış qiyamın ildönümü ərəfəsində eyni sual səslənir:“4 iyun həqiqətləri nə vaxt açıqlanacaq?”. Mübahisələr, qarşılıqlı ittihamlar qızışır: kim qətiyyətsizlik göstərdi, kim kimi satdı, kim qaçdı, kim qaldı, kim gəldi, kim gətirdi?.. Həqiqət axtarışı tədricən qeybət, didişmə səviyyəsinə keçir, sonda çənələr yorulur və növbəti ildönümünədək “dincə qoyulur”. İlbəil təkrarlanan bütün bu xırda sualların cavabı iki böyük Həqiqətə bağlıdır.

Tam mətn
Muəllif: Arif Əliyev

Yalama şəhidləri

Yalama şəhidlərimizi addım-addım layiq olduqları yüksəkliyə qaldırırıq. Əvvəlcə “Ayna”da 70 minlik işğalçı sovet ordusunun qarşısına çıxmış və son damla qanına qədər vuruşmuş 350 gənc Azərbaycan əsgəri haqqında bir məqalə çap olundu. Onu başqa saytlar, qəzetlər çoxaltdılar, minlərlə insan oxudu. Yaxın günlərdə “Yalama” sənədli-bədii povesti təqdim olunacaq. Ardınca eyni mövzuda “Bəyaz ruhlar qatarı” pyesini səhnələşdirmək nəzərdə tutulub. Sonra film çəkməyi düşünürük. Bu böyük və tarixi ədalətin bərpasına xidmət edən ideyanı biz birlikdə reallığa çevirə bilərik.

Tam mətn
Muəllif: Elçin Şıxlı

Türk sinkretizmi

Redaktordan Türkiyənin Datça yarımadası və Muqlanın digər sahilyanı məntəqələrinə səfərdən sonra Arif (Əliyev) və İbrahimlə (Nəbioğlu) qərara gəldik ki, üç hissədən ibarət ümumi bir məqalə yazaq. Üç müəllif, üç epizod, üç yanaşma, üç baxış. Yazdıq da, amma “problemlər” İbrahimin “Məqalə saytda üçümüzün də yerində olacaq, ya necə?” sualını verməsindən sonra başladı. Əvvəlcə, dedim ki, yazıları toplayaq sonra baxarıq. Yazılar toplandı, oxundu, bəyənildi, ançaq İbrahimin sualı sanbalını itirmədi. Saytın strukturu istədiyimizi etməyə imkan vermədi.

Tam mətn