Küçə itləri
“Canavarı görən saqqallı qərib kişi dirçəldi və canavara diqqətlə baxıb birdən “Alan” deyə pıçıldadı. Elə bil canavar bu sözü eşitdi. İtin qan yaddaşı hərəkətə gəldi. Keçəl Xondulunu öldürdükdən və uzun müddət meşədə tək yaşadıqdan sonra canavar sürüsünə qoşulmuş və oralara hərlənən bir insan övladı gördükdə üstünə atılmışdı. Ona görə də heç kəs qorxusundan o tərəflərə hərlənməz, “Alan” törəmələrindən özünüzü qoruyun deyərdilər… Alan əvvəlcə çömbəltmə oturub qərib kişiyə baxdı. Sonra biləklərinin üstündə sürünərək ona yaxınlaşdı.