Redaksiya

Rusiyalı jurnalistlər: «Ağdam şəhəri artıq yoxdur, bura daşlıq səhradır»

«Avtorevyü» Rusiya-Ukrayna jurnalının 23-cü sayında nəşrin əməkdaşlarının Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfərindən hazırlanmış reportaj dərc olunub. Bu barədə APA-ya Krımın azərbaycanlı icmasının rəhbəri Rəhim Hümbətov məlumat verib. Onun sözlərinə görə, reportajda işğal altında olan ərazilərdə real vəziyyətlə bağlı məlumatlar yer alıb: «Müxbirlərin Ermənistan sərhədindəki təəssüratlarına…

Tam mətn

Şaxta olacaq, yollar buz bağlayacaq

Mülayim havalardan sonra qış öz sərt üzünü göstərməyə başlayıb. Ölkə ərazisində şaxta olacağı, yolların buz bağlayacağı deyilir. Yol polisi sürücüləri Ağsu aşırımından istifadə etməməyə çağırır. Ötən iki gün ərzində rayonlara güclü qar yağması səbəbindən bəzi yollar buz bağlayıb. Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, Bakı-Şamaxı-Yevlax avtomobil…

Tam mətn

Naxçıvan: iş adamlarından hələ də xəbər yoxdur

Naxçıvanda yaşayan sahibkar Nadir Məmmədov və Məhəmməd Qurbanovun qohumları cümə günü RATİ-də mətbuat konfransı keçiriblər. Məhəmməd Qurbanovun həyat yoldaşı Fəridə Qurbanova Naxçıvan MTN-də həyat yoldaşına olan təzyiqdən, onlara məxsus 9 min manatlıq malı hələ də ala bilmədiklərindən danışıb. «2012-ci ilin dekabrında 40 nəfər tərəfindən döyülərək, heç bir əsası olmadan həbsə…

Tam mətn

Bir ailənin 3 üzvü döyülüb

Bir ailənin 3 üzvü mədən mühafizəçiləri tərəfindən döyülüb. Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Balaxanı qəsəbəsi ikinci Mədən küçəsində qeydə alınıb. Həmin ünvanda yaşayan 1959-cu il təvəllüdlü İlyas Məmmədov, oğlu — 1997-ci il təvəllüdlü Etibar Məmmədov və qardaşı — 1945-ci il təvəllüdlü Abasəli Məmmədov «Balaxanıneft» Əməliyyat Şirkətinin…

Tam mətn

Magistral kəmərdə yanğın söndürüldü

Qazıməmməd-Qazax magistral qaz kəmərinin Göyçaydan keçən hissəsində baş vermiş partlayışdan doğan yanğın söndürüldü. Bu hadisə əhalinin qazla təchizatında problem yaratmayıb. Bu barədə dünən «Trend»ə «Azəriqaz» İB-dən xəbər verilib. İstehlakçıların qazla təmin olunması üçün qaz köməkçi xətt vasitəsilə verilməyə başlayıb. Hadisə cümə günü səhər 07:20 radələrində diametri 1000 mm olan…

Tam mətn

Ticarət mərkəzində yanğın törədən tutuldu

Ələt-Astara magistralının Biləsuvar şəhərinin Heydər Əliyev prospektindən keçən hissəsində yerləşən ticarət mərkəzində yanğın törətmiş şəxsin kimliyi müəyyənləşdirilib. Biləsuvar Rayon Polis Şöbəsinin növbətçi hissəsindən APA-ya bildirilib ki, yanvarın 1-də gecə saat 22.00 radələrində fərdi sahibkar, Cəlilabad rayonunun Uzuntəpə kənd sakini Namiq Mirzəzadəyə məxsus ikimərtəbəli mebel ticarət mərkəzində güclü yanğın baş verib….

Tam mətn

Avtomobildən 26000 manat pul oğurladılar

Ağcabədinin Hindarx qəsəbə sakini Sabir Heydərovun «Niva»sından 26 000 manat pul oğurlanıb. Yerli polisin əməliyyat-axtarış tədbirləri nəticəsində bu oğurluq əməlini törədənlər saxlanılıb. Məlum olub ki, şikayətçinin maşınında icazəsiz pul götürən şəxslər — Ramin Səbbaqi (1985), Zamiq Quliyev (1987) və Yusif Cəfərov (1986) imişlər. A Dəstə üzvləri saxlandıqdan sonra törətdikləri əməli…

Tam mətn