Redaksiya

Döyülən şagird təhsilini davam etdirməyə başladı

Lənkəran şəhər 8 saylı orta məktəbdə döyülən və daha sonra bacısı Tahirə ilə məktəbdən kənarlaşdırılan Arzu Ağayeva dünəndən təhsilini davam etdirməyə başlayıb. «Şagird Arzu Ağayevanın döyülməsilə bağlı məlumat şişirdilib. Şagirdin valideynləri məktəb rəhbərliyindən şikayət etmir». Bunu isə Lənkəran şəhər 8 saylı orta məktəbin direktoru Aslan İbrahimov bildirib: «Bu məsələ…

Tam mətn

Alim olmaq istəyənlər üçün bəzi tələblər ləğv edilsin

Azərbaycanda elmi dərəcə almaq istəyən şəxslər üçün bəzi tələblərin ləğv edilməsi təklif edilib. MM Elm və təhsil komitəsinin üzvü Aqiyə Naxçıvanlı «Trend»ə bildirib ki, hazırda elmi dərəcələrin alınması həddindən artıq çətindir. Buna görə də bu prosedur çox sadələşdirilməlidir. Bunun üçün isə hüquqi-normativ sənədlərdə dəyişikliklər edilməlidir. Naxçıvanlı deyib ki, hazırda…

Tam mətn

Metyu Brayza: «Seçkilər səbəbindən Dağlıq Qarabağ üçün itirilmiş illər…»

«Azərbaycan və Ermənistanda keçiriləcək prezident seçkilərinin taleyinin indidən bəlli olduğunu demək istəməzdim. Bu, demokratik bir proses olacaq və vətəndaşlar istədikləri namizədə səs verəcəklər». APA-nın xəbərinə görə, bu sözləri ABŞ-ın keçmiş Azərbaycan səfiri, Minsk Qrupunun sabiq həmsədri Metyu Brayza 2013-cü ildə Azərbaycan və Ermənistanda prezident seçkiləri ilə bağlı sualı cavablandırarkən…

Tam mətn

Deyiblər, bu sənədlər onlara lazımdır

Yanvarın 18-də Vergilər Nazirliyinin əməkdaşları Azərbaycan Kinematoqrafçılar İttifaqında axtarış aparıblar. İttifaqın sədri Rüstəm İbrahimbəyov APA-ya açıqlamasında bildirib ki, ittifaqa gələn vergi mütəxəssisləri bütün sənədləri götürüblər: «Axtarışı nazirliyin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin 10 əməkdaşı həyata keçirib. Onlar bütün sənədləri yığıb özləri ilə götürüblər. Deyirlər, bu sənədlər onlara lazımdır və…

Tam mətn

Müəllimlərin işə qəbulu üzrə proqram təminatı təkmilləşir

«Müəllimlərin işə qəbulu» elektron xidməti işə qəbulda əsassız müdaxilələri aradan qaldırıb. Bu barədə TN-dən məlumat verilib. 2012-2013-cü tədris ilində respublikanın ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri ilə əlaqədar nazirlikdən bildirilib ki, respublikanın ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu prosesində son iki ildə yeni qaydaların tətbiqinə başlanılıb. Bu qaydalar…

Tam mətn

Netbuklar müsabiqə yolu ilə veriləcək

Təhsil Nazirliyi «1 şagird : 1 kompüter» müsabiqəsi elan edib. Müsabiqənin məqsədi İKT əsaslı fərdiləşmiş təhsilin formalaşması, «1 şagird : 1 kompüter» layihəsi çərçivəsində netbukların daha səmərəli istifadəsinə hazır olan müəllimlərin və məktəblərin seçilməsidir. Müsabiqə üzrə məlumatlar www.musabiqe.edu.az veb səhifəsində yerləşdirilib. Müsabiqədə iştirak etmək istəyənlər 8 fevral tarixinədək layihə…

Tam mətn

Həftəlik məcburi dərs yükü dəyişdirildi

Orta məktəblərin 6-11-ci sinif şagirdləri üçün həftəlik məcburi dərs yükündə bəzi dəyişikliklər olacaq. «Trend»in məlumatına görə, məcburi dərs yüklərində olan dəyişiklik orta təhsil sistemində kurikulumun tətbiqi və bununla əlaqədar proqram materiallarının yenilənməsi ilə əlaqədardır. Kurikulum tətbiq edildikcə siniflər üçün də yeni məcburi dərs yükləri olacaq. İndiyədək V siniflərdə Azərbaycan…

Tam mətn