100-cü görüş
Futbol üzrə Azərbaycanın əsas yığma komandası yanvarın 29-dan etibarən Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışındadır. Komandamız hazırlıq prosesi çərçivəsində dünən ilk yoxlama matçına çıxıb. Berti Foqtsun rəhbərlik etdiyi yığmamızın ilk rəqibi Özbəkistan seçməsi olub. Qarşılaşma Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki «The Sevens» stadionunda keçirilib. Yerli FİFA referisi Əmmar…